İnsan Resursları üzrə mütəxəssis
Coffee Lea MMC
Период: 2026-11-24 - 2026-12-24
Количество просмотров: 127
Вакансия № 1016000
Город:
Баку
Sürətlə böyüyən CoffeeLea qəhvə evləri şəbəkəsi komandasına peşəkar və dinamik İnsan Resursları üzrə mütəxəssis axtarır.
İş şəraiti və təminatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir
- Şəhər - Bakı
Vəzifə öhdəlikləri:
- Kargüzarlıq və ƏMAS əməliyyatları:Əmək müqavilələrinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin ƏMAS sisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icrası.
- Şəxsi işlərin idarə edilməsi: İşçilərin şəxsi işlərinin formalaşdırılması, dəyişikliklərin mütəmadi qeydiyyatı və məlumat bazasının yenilənməsi.
- İşə qəbul: Yeni kadrların aktiv şəkildə axtarılması, uyğun namizədlərin vakansiyalar üzrə cəlb edilməsi, müsahibə və görüşlərin təşkili.
- Uçot və monitorinq: Məzuniyyət təqviminin hazırlanması və monitorinqi, əməkhaqqı sənədlərinin (tabel, məzuniyyət cədvəlləri və s.) tərtibi.
- Daxili nəzarət: İşçilərin giriş-çıxışına xüsusi proqram vasitəsilə nəzarət edilməsi və uyğunsuzluqların birbaşa rəhbərliyə bildirilməsi.
- Hesabatlılıq: Fəaliyyətlə bağlı hesabatların HR direktora təqdim edilməsi və qanunvericiliyin tələblərinə uyğun digər sənədlərin hazırlanması.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil
- Təcrübə: İR və kadr əməliyyatları sahəsində ən azı 2 il iş təcrübəsi
- Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
- Rus dili biliyi mütləqdir
- Şəxsi keyfiyyətlər: Punktual, məsuliyyətli, vaxtın idarə edilməsi, təşkilatçılıq, aktiv dinləmə və problemləri həlletmə bacarıqları.
Maraqlanan namizədlərdən öz CV-lərini "hr@lea.az" elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Məktubun mövzu (subject) hissəsində "İnsan Resursları üzrə mütəxəssis" yazılması mütləqdir.
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Kargüzar | Zeytun Pharmaceuticals | 2025-12-08 - 2026-12-08 |