Kassir
PASHA Travel Период: 2025-12-01 - 2026-01-01
Количество просмотров: 695 Вакансия № 1014973
Город:

Баку


Ümumi anlayış:

  • Kassir, müştərilərdən nağd və qeyri-nağd formada ödənişlərin alır və bu əməliyyatları dəqiq və effektiv şəkildə maliyyə proqramında qeydiyyata alır. Kassir müştərilərin ödənişlə bağlı sorğularını cavablayır.

Vəzifə öhdəlikləri:

  • Müştərilərdən nağd və pos terminalla ödənişlərin qəbul edilməsi,
  • Nağd və pos terminal əməliyyatların günlük/aylıq dövriyyə hesabatlarının hazırlanması,
  • Nağd əskinasların təhlükəsiz saxlanılması və səlahiyyətli şəxslərə təhlükəsiz şəkildə təhvil verilməsi,
  • Gün və ay sonlanması əməliyyatlarının icra edilməsi,
  • Müştəri sorğularının cavablandırılması və yüksək səviyyədə müştəri məmnuniyyətinin təmin edilməsi.

Tələb olunan xüsusiyətlər:

  • Kassir kimi minimum 2 illik iş təcrübəsinin olması.
  • Azərbaycan və Rus dillərində danışıq qabiliyyətinin olması.
  • “1C” maliyyə platformasında iş təcrübəsi olması.
  • Komanda daxilində işləmə bacarıqları olması.

İş Qrafiki:

  • İş saatları: Həftə içi 09:00-18:00

Göstərilən tələblərə uyğun gələn namizədlər öz CV-lərini "Kassir" başlığı ilə job@pashatravel.az e-mail ünvanına göndərməlidir.