Keyfiyyət üzrə menecer
Azersun Holding Период: 2023-12-16 - 2024-01-16
Количество просмотров: 1192 Вакансия № 1011752
Город:

Баку


İş haqqında məlumat: 

  • Yoxlamalardan əvvəl plan hazırlamaq və plana bağlı olaraq Quruluş fəaliyyətlərinə uyğun sual siyahısı hazırlamaq sələhiyyəti vardır;
  • Yoxlamalar əsnasında lazım gördüyü hər yeri gəzmə, araşdırma haqqına malikdir;
  • İclaslara dəlil olması baxımından fotoşəkil, kamera çəkilişləri etmə səlahiyyətinə malikdir;
  • Yoxlamalar əsansında nəzarət etmənin məqsəd və gərəyinə uyğun olaraq hər bir addımındakı personal ilə görüşmə və sual soruşub məlumat alma səlahiyyətinə malikdir;
  • Müəssisədə edilən yoxlamaların nəticəsi haqqında hesabat hazırlayıb, Rəhbərliyə təqdim etmə səlahiyyətinə malikdir.
  • Mərkəzi Sınaq Laboratoriyasının və şirkət daxili 11 laboratoriyanın “Şirkətin Keyfiyyət Siyasəti” istiqamətində, istənilən hədəflərə çatmaq üçün Küyfiyyət İdarəetmə Sistemini təşkil etmək, icra etmək və Rəhbərliyə təkliflər vermək, siyasət və hədəflərin bütün holdinqdə bilinməsini təmin etmək;
  • Şirkət rəhbərliyinin aldığı qərarları həyata keçirmək, keyfiyyət sisteminin işləməsi və performansı mövzusunda Rəhbərliyə təkliflər vermək;
  • Keyfiyyət fəaliyytələrinin planlanması, koordinasiyası və inkişaf etdirilməsini təmin etmək;
  • İSO 17025:2020 standartına əsasən keyfiyyət idarəetmə sisteminin tətbiq olunmasını və davamlılığını təmin etmək;
  • İSO 17025:2020 Keyfiyyət idarəetmə sisteminin sənədlərini, Keyfiyyət üzrə Rəhbərlik Sənədini hazırlamaq, paylamaq və davamlı yeniləmək, prosedur, vəzifə və iş təlimatları, formlar, siyahılar, validasiya və qeyri-müəyyənlik hesabatları və aktlar hazırlamaq və tətbiqini həyata keçirmək;
  • Referans materiallar siyahısı hazırlamaq və daim nəzarət etmək, bunlar əsasında nəzarət qrafikləri qurmaq, və daim nəzarət etmək;
  • Sınaqlarda istifadə olunan İSO, AOCS, ГОСТ, AZS standartlarını daim kənar mənbəli sənəd forması ilə izləmək və standartların yeni versiyasının laboratoriyada tətbiqini təmin etmək;
  • Qanun və qaydalar ilə əlaqədar yeni çıxan dəyişiklikləri gündəlik olaraq izləmək, bunlar haqqında işçilərə məlumat vermək;
  • Peşəsi ilə əlaqədar mövzularda özünü daima inkişaf etdirmək və işçilərə də öyrədərək bilik və bacarıqları qazanmalarını təmin etmək, işçilərin təlim və təcrübələrə ehtiyaclarını müəyyən edərək “İllik təlim planı” hazırlamaq, müxtəlif mövzularda mütəmadi olaraq təlimlər vermək, təlimdən öncə və sonra təlimin effektivliyini qiymətləndirmək;
  • Cihazların ara yoxlamadan keçirilməsi və kalibrasiya edilməsi üçün AzTEST və Kalibrləmə Laboratoriyasına müraciət etmək, prosesin həyata keçirilməsini izləmək, sertifikatların və şəhadətnamələrin əldə edilməsinin təşkil etmək;

Tələblər:

  • Keyfiyyət İdarəetmə Sistemlərinin tətbiq üsullarını bilməli və bu mövzuda təcrübəli olmalı;
  • İxtisası haqqında ümumi müddəaları bilməli;
  • İngilis dili biliyi yüksək olmalı;
  • Qida məhsullarında kimyəvi və mikrobioloji tələblərə aid Dövlət standartlarını bilməli;
  • Müəssisələrdə keyfiyyət yoxlamaları edə biləcək texniki məlumat və bacarığa sahib olmalı;
  • Şirkətin aidiyyatı olan bütün İdarəetmə, Əsasnamə, Çalışma Əsasları və Şirkət Qanunlarını bilməli;
  • İş təhlükəsziliyi-İşçi sağlamlığı, Sanitariya və Ekologiyanın mühafizəsi qayda və qanunlarını bilməlidir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz.
Email-in mövzu hissəsində “Keyfiyyət üzrə menecer” qeyd etməyiniz xahiş olunur.