Kibertəhlükəsizlik üzrə mühəndis/ Kibertəhlükəsizlik Şöbəsi / Telekommunikasiya və Korporativ Təhlükəsizliyi Əməliyyatları bölümü
Azercell Telecom MMC Период: 2025-03-10 - 2025-04-10
Количество просмотров: 186 Вакансия № 1013411
Город:

Баку


İşin təsviri:

  • Şirkətin kibertəhlükəsizlik dayanıqlığı və arxitekturasının təkmilləşdirilməsində işlərin aparılması;
  • Şirkətin kibertəhlükəsizlik strategiyasının təkmilləşdirilməsinə dəstək;
  • Kibertəhlükəsizlik komandasını fərqli layihələrdə kordinasiya və rəhbərlik edə bilmək;
  • İnsidentin aradan qaldırılmasında birbaşa iştirak etmək və daha dərin araşdırmaq;
  • İnsidentin təsirini azaltmaq üçün müvafiq qruplarla koordinasiya edərək, təhlükəsizlikpozuntularını araşdırıb cavab vermək;
  • Müxtəlif kibertəhlükəsizlik və IT alətlərin sıfırdan qurulması və sazlanması;
  • Kibertəhlükəsizlik alətlərində tənzimləmə işlərinin aparılması;
  • Şirkət qaydaları və ehtiyacları ilə uyğunluğu tam təmin etmək üçün, beynəlxalq təcrübə standartlarından istifadə edərək, təhlükəsizlik sistemlərində siyasətlərin konfiqurasiyası;
  • Kibertəhlükəsizlik sistemlərin (SIEM, WAF, SOAR, EDR, XDR, Antivirus, NDR, Email Security, DNS security, PAM, EPM, DLP, DAM, DDoS protection və s.) inzibatçılığı işlərinin aparılması;
  • Kiberhücumlardan, icazəsiz girişdən və digər təhlükəsizlik təhdidlərindən qorunmaq üçün vasitə və həllərin dizayn edilməsi;
  • Müxtəlif  layihələr üçün davamlı təhlükəsizlik arxitekturasının  nəzərdən keçirilməsi və dizayn edilməsi;.
  • Potensial zəiflikləri və riskləri müəyyən etmək üçün təhlükəsizlik qiymətləndirmələri və auditlərin aparılması;
  • Təşkilatın təhlükəsizlik tədbirlərinin effektiv qalmasını təmin etmək üçün kiber-sahədəki tendensiyalardan, ən yaxşı təcrübələrdən (Best Practice) və yeni təhdidlərdən xəbərdar olmaq;
  • Təhlükəsizlik sistemləri və alətlərinin test edilməsi (PoC), layihələndirilməsi, qurulması və təhvil verilməsi;
  • Təhlükəsizlik sistemlərində (SIEM, WAF, SOAR, EDR, XDR, Antivirus, NDR, Email Security, DNS security, PAM, EPM, DLP, DAM, DDoS protection və s.) optimizasiyası və təkmilləşdirilməsi.

    Təhsil: Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;

  • Təcrübə: Kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsi üzrə minimum 2 illik iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir.

    Arzu olunan Bacarıqlar:

  • Linux/Unix tipli və ya digər kibertəhlükəsizlik/IT systemlərin sıfırdan qurulması, sazlanması və administrasiyası bacarığı
  • Kibertəhlükəsizlik hücumlarının vektorları, zəiflikləri və istismarları haqqında anlayış
  • Şəbəkə hücum axınlarını müəyyən etmək, azaltmaq və izah etmək bacarığı
  • TCP/IP və əlaqəli şəbəkə protokolları üzrə dərin bilik: TCP, ARP, ICMP, DHCP, DNS, HTTP, SNMP və s. kimi standart şəbəkə protokolları və müşayiət olunan protokol/paket təhlili/manipulyasiya alətləri haqqında biliklər
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Nəzarət etmək qabiliyyəti;
  • Qərarvermə qabiliyyəti;
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;
  • Yekun nəticəyə yönəlmə bacarığı;
  • Yüksək qavrama və analitik təhlil bacarıqları.
  • Üstünlük kimi nəzərə alınacaq:

  • Peşəkar sertifikatlara üstünlük verilir (Security+, CCSE, SSCP, CEH, CySa+, CASP+, CCNP və s.);
  • Bash, Python, Go, Powershell və s. kimi dillərdən istifadə edərək avtomatlaşdırılmış test üsulları üçün skriptləri nəzərdən keçirmək, dəyişdirmək və yaratmaq bacarığı;
  • Telekommunikasiya təhlükəsizliyi ilə bağlı baza biliklərin olması və ya bu sahə üzrə bilikləri öyrənməyə açıq olmaq

    İş qrafiki: 09:00-18:00, 10:00-19:00

  • İş yeri: 

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

  • Müraciət üçün link: https://azercell.easyhire.me/job/details/67c932da00a2626d5eb5b24e