Kiçik İT mütəxəssisi
North West Construction Период: 2026-08-14 - 2026-09-14
Количество просмотров: 39 Вакансия № 1015688
Город:

Баку


Vəzifə Öhdəlikləri

  • Yeni əməkdaşlar üçün vəzifəyə uyğun kompüter və digər IT avadanlıqlarının hazırlanması və təqdim edilməsi.
  • İstifadəçi hesablarının yaradılması, tələb olunan sistem və resurslara giriş hüquqlarının verilməsi.
  • İşdən ayrılan əməkdaşlardan IT avadanlıqlarının təhvil alınması və istifadəçi hesablarının deaktiv edilməsi prosesində iştirak.
  • İstifadəçi məlumatlarının backup edilməsi və kompüter dəyişiklikləri zamanı məlumatların köçürülməsi.
  • IT Asset Management sistemində avadanlıqların qeydiyyatı, təhkim edilməsi və statuslarının aktual saxlanılması.
  • Ticket sistemi üzərindən daxil olan IT müraciətlərinin qəbul edilməsi, prioritetləşdirilməsi, həlli və zəruri hallarda eskalasiyası.
  • Ofis istifadəçilərində yaranan hardware, software, Windows, Microsoft Office, Outlook, şəbəkə və periferik avadanlıq problemlərinin həll edilməsi.
  • Memarlıq və mühəndislik istiqamətində istifadə olunan AutoCAD, Revit, Civil 3D, Navisworks və digər proqram təminatlarının quraşdırılması və ilkin sazlanması.
  • Printer, plotter, skaner və digər ofis avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və texniki dəstəyinin təmin edilməsi.
  • İstifadəçi kompüterlərində təsdiq edilmiş proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki sazlanması.
  • Görülmüş işlərin, həll edilmiş problemlərin və istifadəçi müraciətlərinin müvafiq sistemlərdə düzgün sənədləşdirilməsi.
  • İstifadəçilər, digər departamentlər və təchizatçılarla peşəkar və rəsmi texniki yazışmaların aparılması.

Tələblər

  • İT sahəsində minimum 4 il iş təcrübəsi.  
  • Windows 11 və Microsoft Office 2021/2024 məhsulları üzrə yüksək səviyyədə praktiki bilik
  • Active Directory, istifadəçi və qrup idarəetməsi, Group Policy (GPO) və Print Server üzrə praktiki bilik.
  • TCP/IP, DNS, DHCP, LAN, Wi-Fi, VPN və Windows şəbəkə problemlərinin diaqnostikası üzrə baza bilikləri.
  • Xerox printerləri, şəbəkə printerləri və plotterlərin quraşdırılması, konfiqurasiyası və problemlərinin həlli bacarığı.
  • PDQ Deploy, PDQ Inventory, SCCM/MECM və ya analoji software deployment və endpoint management sistemləri ilə işləmək bacarığı.
  • IT Asset Management və Ticket Management  sistemləri ilə işləmək bacarığı.
  • AutoCAD, Revit, Civil 3D, Navisworks və digər memarlıq/mühəndislik proqramlarının quraşdırılması və ilkin sazlanması üzrə təcrübə.
  • ITIL, Incident Management, Service Request, SLA və eskalasiya prinsipləri haqqında baza bilikləri.
  • İnformasiya təhlükəsizliyi, access management, MFA, Least Privilege və istifadəçi məlumatlarının qorunması prinsipləri haqqında anlayış.
  • Yüksək analitik düşüncə, problemlərin diaqnostikası və operativ həlli bacarığı.
  • Komandada işləmək, istifadəçilərlə düzgün ünsiyyət qurmaq, məsuliyyətlilik və rəsmi işgüzar yazışma bacarığı.
  • Azərbaycan dili sərbəst, rus və ingilis dilləri isə texniki dokumentasiyanı anlamaq və texniki ünsiyyət qurmaq səviyyəsində.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını cv@nwconstruction.com və ya cv@nwconstruction.com elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Kiçik İT mütəxəssisi” qeyd etməyiniz vacibdir.