Kiçik mütəxəssis
GESCO ASC Период: 2025-09-23 - 2025-10-23
Количество просмотров: 1091 Вакансия № 1014669
Город:

Баку


Vəzifə öhdəlikləri:

  • Şirkətin insan resursları siyasətinə uyğun olaraq kadr uçotu və sənədləşmə işinin təşkili;
  • Əmək Məcəlləsinə əsasən əmək münasibətlərinin idarə olunması və inzibati prosedurların icrası;
  • İnsan resursları üzrə məlumat bazasının idarə olunması;
  • Birbaşa rəhbər tərəfindən həvalə edilən digər tapşırıqların icrası.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
  • Yüksək kommunikasiya bacarığı, operativ qərarvermə və analitik düşünmə qabiliyyəti.

Əlavə məlumat:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: I–V günlər, 09:00–18:00 (şənbə və bazar günləri qeyri-iş günləridir);
  • Nahar fasiləsi: 13:00–14:00;
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin edilir.

İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik mütəxəssis/İnsan resursları şöbəsi” qeyd edərək Nurtac.Suleymanli@gesco.az elektron poçt ünvanına göndərə bilərlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.