Komplayens şöbəsinin mütəxəssisi
Falcon Finance Период: 2025-09-29 - 2025-10-29
Количество просмотров: 208 Вакансия № 1014691
Город:

Баку


Elanın təsviri
Elan tarixi: 29.09.2025
Son tarix:   29.10.2025
Şirkət: BOKT Falcon Finance MMC
Ərazi: Baki
Maaş: Razışlaşma
Staj: min 5 il
Təhsil: Ali təhsil
İş rejimi: Tam iş günü (5)
Müqavilə: Əmək müqaviləsi
E-mail: hr@falconfinance.az

Vəzifə öhdəlikləri:
BOKTdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, müvafiq kommunikasiyanın aparılması.
BOKT-nin məhsul, xidmətlərinin eləcə də BOKTdaxili prosedur və qaydaların, biznes proseslərin ölkədaxili qayda və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy verilməsi və komplayens riskinin ölçülüb-bildirilməsi.
BOKT-nin müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək.
Daxil olmuş komplayens tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət
BOKT-nin əməkdaşlarına müvafiq təlimlər keçmək və bu sahədən olan məsələlər ilə əlaqəli məsləhət vermək.
ƏL/TMM sahəsi üzrə və FATCA-nı BOKT-da tətbiq etmək məqsədilə BOKTdaxili qaydaların və prosedurların hazırlanmasını və bu sahədə BOKT-nin strukturlarının müvafiq əməkdaşlarının təlimini təşkil etmək
BOKT-nin strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması
Maliyyə monitorinq xidmətinə təqdim edilən məlumatların və daxil olan sorğuların hazırlanıb ötürülməsi;
Təhlil hesabatlarının hazırlanması və qeydiyyatının aparılması;

Tələblər:
Tam ali hüquqi və ya iqtisadi təhsil
Minimum 5 il bank və BOKT təcrübəsinin olması (komplayens, korporativ hüquq və ya audit sahələrində iş təcrübəsi üstünlük təşkil edir). Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər
Komandada işləmək bacarığı
Məsuliyyətli, düzgün və etibarlı olmalı
MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı
Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı
Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli
Lisenziya/Sertifikat: komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür

Maraqlanan namizədlər
hr@falconfinance.az  ünvanına Komplayens şöbəsinin mütəxəssisi yazaraq cv-lərini göndərə bilərlər.


Другие вакансии в этой категории
Tренинги и семинары в этой категории
Другие вакансии этого работодателя