Korporativ hüquqşünas
Tam Store
Период: 2026-07-23 - 2026-08-23
Количество просмотров: 38
Вакансия № 1015609
Город:
Баку
Əsas vəzifə öhdəlikləri:
- Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
- Müəssisənin fəaliyyəti ilə bağlı icarə, alqı-satqı və digər müqavilələrin hazırlanmasını, hüquqi ekspertizasını və digər prosesləri təmin etmək;
- Müəssisənin departament, şöbə və bölmələrindən daxil olan hüquqi sorğuları cavablandırmaq, zəruri hallarda struktur bölmələrə hüquqi dəstək göstərmək.
Tələb olunan bilik və bacarıqlar:
- Müqavilələrlə iş təcrübəsi (alqı-satqı, xidmət, icarə və s.);
- Microsoft Office proqramlarında, xüsusilə Microsoft Word proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik;
- Operativlik və detallara diqqətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Korporativ hüquq sahəsində minimum 2 (iki) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis və rus dili bilikləri üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ hüquqşünas” yazaraq cv@tamstore.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Hüquqşünas | ATEF Şirkətlər Qrupu | 2026-06-30 - 2026-07-30 |
| Kiçik Hüquqşünas / Junior Lawyer | ACON MMC | 2026-06-29 - 2026-07-29 |



