Kredit işçisi
"Kredit Evi" ASC Период: 2025-12-19 - 2026-01-17
Количество просмотров: 702 Вакансия № 1015061
Город:

Баку


Kredit İşçisi – “Kredit Evi” ASC

“Kredit Evi” ASC şəhər və regionlarda yerləşən 34 filialı üzrə “Kredit işçisi” vakansiyasını elan edir.

Bu vakansiya ali təhsil müəssisəsini yeni bitirmiş, hərbi xidmətdən qayıtmış, iş təcrübəsi olmayan və ya az olan, öyrənməyə həvəsli şəxslər üçün unikal karyera imkanıdır.
Bank və lombard sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.

 

Əsas vəzifə öhdəlikləri:

• Ayrılmış coğrafi ərazidə potensial müştərilərin cəlb edilməsi;
• Kredit müraciətlərinin qəbul edilməsi və rəsmiləşdirilməsinin təşkili;
• İş funksiyalarından irəli gələn digər tapşırıqların icrası.

 

Təklif etdiyimiz əmək şəraiti:

• Başlanğıc aylıq əməkhaqqı: 400 AZN
• Yüksək gəlirli bonus sistemi (satış və performansa əsasən limitsiz qazanmaq imkanı);
• Müasir idarəetmə sistemi və peşəkar komanda;
• Bacarıqlarınızı inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Hər 6 aydan bir vəzifə və əməkhaqqı artımının fərdi performansa uyğun müzakirəyə çıxarılması;
• Karyera yüksəlişi üçün geniş imkanlar.

 

Müraciət qaydası:

Əgər peşəkar “Kredit Evi” komandasına qoşulmaq istəyirsinizsə, şəkilli CV-lərinizi hr@kreditevi.az elektron ünvanına göndərin.
E-məktubun “Mövzu” (Subject) hissəsində müraciət etdiyiniz vəzifəni və işləmək istədiyiniz rayon/filialı qeyd etməniz mütləqdir:
Kredit işçisi – müvafiq  region
Qeyd olunan tələblərə uyğun olmayan müraciətlərə baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Tренинги и семинары в этой категории
Другие вакансии этого работодателя