Kredit meneceri
Qarant Kredit Период: 2023-03-06 - 2023-04-06
Количество просмотров: 503 Вакансия № 1010128
Город:

Масаллы

Подать резюме

“Qarant Kredit” Lombard təşkilatı Masallı şəhərində yerləşən filialı üçün “Kredit Meneceri” vakansiyası elan edir.

İş barədə məlumat:

  • - Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
  • - Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni müştərilər cəlb etmək və təkliflər planı hazırlamaq;
  • - Verilmiş kreditləri izləmək və vaxtında ödənilməsini təmin etmək;
  • - Müştərilərdə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək;
  • - Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
  • - Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq.

Tələblər:

  • - Ali təhsil;
  • - Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
  • - Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi;
  • - Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • - Sərbəst və şəffaf şəkildə fikir izah etmə və idarəetmə bacarığı;
  • - İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • - Müştərini cəlbetmə bacarığı.

Qeyd: Bank, BOKT və ya Lombard sahəsində çalışan namizədlərə üstünlük verilir.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Kredit Meneceri (Masallı)" başlığı altında hr@qarantkredit.az elektron ünvanına göndərə bilərlər.