Kredit risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis
Premium Bank Период: 2026-11-18 - 2026-12-18
Количество просмотров: 59 Вакансия № 1015971
Город:

Баку


“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edilir.

İşin təsviri:

  • Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edir;
  • Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyini verir; 
  • Kredit risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir;
  • Kredit risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәt edir; 
  • Ssenariləri təhlil edir, Stress-test modellərini hazırlayır, tətbiq edir və nəticələrini analiz edir; 
  • Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir; 
  • Kredit risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir;
  • Kredit riskləri üzrə müvafiq hesabatları hazırlayır; 
  • Kredit risklərinin idarə edilməsini həyata keçirir.

Namizədə dair tələblər:

  • Maliyyə, iqtisad sahəsində ali təhsil; 
  • Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi;
  • Əla səviyyədə MS Excel biliyi;
  • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi;
  • Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək;
  • Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı.
  • Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Kredit risklərinin idarə edilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə cv@premiumbank.az elektron poçt ünvanına göndərə bilərlər.