Maliyyə meneceri
AS İnşaat MMC
Период: 2025-04-25 - 2025-05-25

Количество просмотров: 253
Вакансия № 1013764
Город:
Баку
İşin təsviri:
- Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçot siyasətini təşkil etmək;
- Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
- Maliyyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
- Şirkətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
- Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsi və şirkətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin etmək;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
- Malların və xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılmasını təmin etmək;
- Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
- Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları, debitorlar və kreditorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
- Şirkətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını, müvafiq orqanlara verilməsini və təhlil edərək rəhbərliyə məlumat verilməsini təmin etmək;
Tələblər:
- İqtisadiyyat, maliyyə, mühasibat uçotu üzrə bakalavr dərəcəsi;
- 1C sistemi üzrə biliklər;
- Müvafiq sahədə 5 il iş təcrübəsi;
- Beynəlxalq Maliyyə Hesabatları Standartlarını bilmək;
- Vergi qanunvericiliyini bilmək;
- Azərbaycan dili (əla), ingilis və rus dili arzuolunandır;
- MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);
- Stressə dözümlülük.
İş şəraiti:
- İş yerinin yerləşdiyi ünvan: Zahid Xəlilov küç. 576-cı məhəllə
- İş rejimi: həftə içi 5 gün
- Korporativ nömrə
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Müraciət et
Другие вакансии этого работодателя
Позиция | Работодатель | Период |
---|---|---|
Biznes prosesləri üzrə menecer | AS İnşaat MMC | 2025-05-29 - 2025-06-29 |