Maliyyə meneceri
Supertoys
Период: 2026-05-12 - 2026-06-12
Количество просмотров: 44
Вакансия № 1015436
Город:
Баку
İş şəraiti
- İş yeri: ‘’SuperToys MMC’’ Sədərək TM
- Əmək haqqı: 1800-2000 Azn
İşin təsviri:
- Şirkətin gündəlik və aylıq gəlir-xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət və təhlil etmək;
- Debitor və kreditor borcları üzrə əməliyyatları nəzarətdə saxlamaq və hesabatlılığı təmin etmək;
- Gündəlik pul axının bölgüsünü hazırlamaq və icra etmək;
- Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;
- Bütün əməliyyatların hesabatlarda və registrlərdə düzgün əks etdirilməsinə nəzarət etmək;
- Mühasibatlıq əməkdaşlarının gündəlik işlərinin icrasına nəzarət etmək;
- Mənfəət və zərər (P&L), Balans hesabatı ,Pul vəsaiti hesabatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların icrasını təmin etmək;
Tələblər:
- Mühasibatlıq və əlaqədar sahədə minimum 1 il iş təcrübəsi;
- Pərakəndə satış (retail) sahəsində təcrübə üstünlükdür;
- ERP proqramlarında işləmə bacarığı;
- Microsoft Office proqramlarını — xüsusilə Excel — yaxşı səviyyədə bilmək;
- Maliyyə hesabatları üzrə (Mənfəət-Zərər, Balans, Kassa hesabatı) orta səviyyədə bilik və praktiki bacarıq;
- Real mühasibat uçotu üzrə biliklərinin kifayət qədər olması və inkişaf etdirməyə açıq olmaq;
- Öz üzərində daimi işləmək, yeni bilik və bacarıqları qavramaqda aktiv yanaşma;
- Analitik düşüncə, hesabatlılıq, dəqiqlik, məsuliyyətlilik və operativlik;
- Problem həll etmə və qərarvermə bacarığı;
Komandamızda olmaq istəyən namizədlər “CV”-lərini mövzu hissəsində vəzifə adını “Maliyyə meneceri“ qeyd etməkləhr@supertoys.az elektron poçt ünvanına göndərə bilər.
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Maliyyə departamentində Baş mütəxəssis | Baku Steel Company | 2026-04-30 - 2026-05-30 |





