Maliyyə Menecmenti İdarəsinin Maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin baş mütəxəssisi
Xalq Bank
Период: 2026-05-06 - 2026-06-06
Количество просмотров: 11
Вакансия № 1015430
Город:
Баку
Təsvir
- Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
- Bank məhsul və xidmətləri üzrə maya dəyərinin hesablanması və analitik təhlili;
- Bankın müştəriləri və məhsulları üzrə rentabelliyin ölçülməsi;
- Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili;
- Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi;
- Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması;
- Gəlirlərin artırılması və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək.
Tələblər
- Maliyyə və İqtisadiyyat (və ya uyğun sahələr üzrə) üzrə magistr təhsili;
- Maliyyə sektorunda (Maliyyə, Risklərin İdarə Olunması və ya Xəzinədarlıq üzrə) minimum iki il təcrübə;
- Beynəlxalq Sertifikatlara (xüsusilə CFA və ya FRM) sahib olunması xüsusi üstünlükdür;
- Ofis proqramları üzrə yüksək səviyyədə işləmək bacarığı (xüsusilə MS Excel);
- Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;
- Kommunikasiya qabiliyyətinin yüksək olması;
- Komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Tренинги и семинары в этой категории
| Тренинг и семинар | Работодатель | Период |
|---|---|---|
| Bankın risk işçisi | İnternational Consulting Company | 2026-05-05 - 2026-06-02 |
Другие вакансии этого работодателя
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Ödəniş Alətləri İdarəsinin Ödəniş sistemləri ilə iş şöbəsinin aparıcı / baş mütəxəssisi | Xalq Bank | 2026-04-21 - 2026-05-21 |





