Maliyyə Məsləhətçisi
HR TEAM MMC Период: 2026-04-22 - 2026-05-22
Количество просмотров: 98 Вакансия № 1015394
Город:

Баку


İşin Təsviri (Job Description) :
Yerli mühasibat uçotu standartları və IFRS tələblərinə uyğun balans hesabatlarının hazırlanması və yoxlanılması
Debitor və kreditor borclarının mütəmadi təhlili və düzgünlüyünün təmin edilməsi
Gəlir və xərc hesabatlarının hazırlanması və analizi
Müştəri şirkətlərin vergi bəyannamələrinin yoxlanılması və qanunvericiliyə uyğunluğa nəzarət
Maliyyə məlumatlarının dəqiqliyinin təmin edilməsi və uyğunsuzluqların aşkarlanması
Daxili audit proseslərinin aparılması və müvafiq hesabatların hazırlanması
Maliyyə risklərinin qiymətləndirilməsi və rəhbərliyə əsaslandırılmış tövsiyələrin verilməsi
Maliyyə sənədlərinin düzgün və sistemli şəkildə arxivləşdirilməsi

Tələb Olunan Bilik və Bacarıqlar
Texniki Biliklər:
IFRS və yerli mühasibat uçotu standartları üzrə bilik
Maliyyə hesabatlarının hazırlanması və təhlili bacarığı
Vergi qanunvericiliyi üzrə yaxşı anlayış
Daxili audit prinsipləri üzrə bilik
MS Excel proqramında sərbəst işləmə bacarığı
1C və ya digər mühasibat proqramları ilə iş təcrübəsi (üstünlükdür)

Şəxsi Bacarıqlar:
Analitik düşünmə qabiliyyəti
Detallara yüksək diqqət
Məsuliyyətlilik və dürüstlük
Vaxtın effektiv idarə olunması
Komanda ilə işləmə və güclü ünsiyyət bacarığı
Problem həll etmə qabiliyyəti

Üstünlük Veriləcək:
Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil
Müvafiq sahədə iş təcrübəsi
ACCA və ya digər peşəkar sertifikatların olması

Maraqlanan namizədlər CV-lərini career@hrteam.az ünvanına mövzu hissəsində “Maliyyə Məsləhətçisi” qeyd edərək göndərə bilərlər.


Другие вакансии этого работодателя