Memar
Baku City Residence
Период: 2026-07-06 - 2026-08-06
Количество просмотров: 20
Вакансия № 1015572
Город:
Баку
Tələblər
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Memar vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
- Yaşayış, kommersiya və çoxfunksiyalı layihələr üzrə təcrübə;
- Azərbaycan Respublikasının tikinti norma və qaydaları, şəhərsalma qanunvericiliyi və ekspertiza prosedurları üzrə biliklər;
- AutoCAD, ArchiCAD, Revit (üstünlükdür), 3ds Max, SketchUp, Lumion və MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik, komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlük hesab olunur.
Əsas vəzifə öhdəlikləri
- Yaşayış, kommersiya və digər təyinatlı obyektlər üzrə memarlıq konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi;
- Eskiz, layihə və işçi layihə mərhələləri üzrə memarlıq sənədlərinin hazırlanması və idarə olunması;
- Planlar, fasadlar, kəsiklər, detallar və spesifikasiyaların hazırlanması və optimallaşdırılması;
- Layihələrin Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinə, tikinti norma və qaydalarına, texniki standartlara və sifarişçi tələblərinə uyğun hazırlanmasının təmin edilməsi;
- Şəhərsalma və Dövlət Ekspertizası qurumları ilə layihələrin razılaşdırılması prosesinin koordinasiya edilməsi, normativ tələblərə uyğunluğun təmin olunması və mümkün uyğunsuzluqların layihələndirmə mərhələsində aradan qaldırılması;
- Memarlıq layihələrinin konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğından mühafizə və digər mühəndis bölmələri ilə koordinasiyasının təmin edilməsi;
- Sifarişçi, podratçı və digər layihə iştirakçıları ilə işgüzar görüşlərin keçirilməsi və layihələrin təqdim olunması;
- Layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət;
- Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi, layihə həllərinin düzgün tətbiqinə nəzarət və yaranan texniki məsələlərin operativ həlli;
- Layihələrin müəyyən edilmiş vaxt qrafikinə, keyfiyyət standartlarına və büdcə çərçivəsində icrasının təmin edilməsi.
İş yeri: Ofis
Namizədlərdən CV-lərini mövzu hissəsində "Memar" yazmaqla yuxarıda hr@bcr.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.





