Menecer/Baş mütəxəssis (Marketinq və Korporativ Əlaqələr departamenti/Məhsulların Yaradılması şöbəsi)
Ziraat Bank Azərbaycan
Период: 2025-08-25 - 2025-09-25
Количество просмотров: 894
Вакансия № 1014493
Город:
Баку
İşin təsviri:
- Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
- Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
- Korporativ və pərakəndə bank məhsullarının beynəlxalq təcrübələrinin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
- Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;
- Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
- Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
- Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
- Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
- İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
- İnkişaf etdirilən məhsulun qiymətləndirilmə və marketinqini həyata keçirmək;
- Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək.
Tələblər:
- Ali iqtisadi/maliyyə təhsili;
- Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 5 il iş təcrübəsi;
- Kollektivlə işləmə bacarığı;
- Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
- Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
- Türk və ingilis dili biliyi (Rus dili biliyi müsbət qarşılanır);
- Microsoft Excel (yüksək səviyyədə).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını cv@ziraatbank.az elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların Yaradılması” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.





