Mühasib
Zeytun Pharmaceuticals Период: 2026-06-25 - 2026-07-25
Количество просмотров: 44 Вакансия № 1015546
Город:

Баку


Tələblər:

  • Ali təhsil (mühasib, iqtisadçı) 
  • Minimum 3 il iş stajı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • 1C 8.3 proqramı üzrə mükəmməl biliklər.

Vəzifə öhdəlikləri:

  • Alış və satış sənədlərinin 1C proqramında işlənməsi
  • Hesab qalıqlarının çıxarılması və nəzarəti
  • Sığorta xidməti üzrə H/F  və Aktların yazılması və təsdiq edilməsi.
  • Vergi və e-qaimə əməliyyatları
  • Qaimələrin və qaytarılma sənədlərinin vergi portalına işlənməsi 
  • Sərbəst apteklər və klinikalar üzrə satış qaimələrinin vergi sisteminə inteqrasiyası,düzəliş və ləğv edilən qaimələrin analiz edilərək uyğunsuzluqların aradan qaldırılması (davamlı)
  • Marketinq xidməti, Sığorta və dərman qaimələrinin  normativlərə uyğun tərtibi,1C sistemində işlənməsi,aylıq və illik sverkaların mütəmadi aparılması (davamlı)
  • Sərbəst apteklərlə müqavilələrin hazırlanması və dövriyyəyə daxil edilməsi (davamlı)
  • Mal və xidmətlər üzrə vergi sənədlərinin tərtibi 
  • Bank və ödəniş əməliyyatları
  • Yerli və xarici ödənişlərin həyata keçirilməsi
  • Ödəniş tapşırıqlarının hazırlanması
  • Hesablararası köçürmələrin icrası
  • AQTİS ödənişləri
  • Xarici iqtisadi əməliyyatlar
  • Xarici invoysların (H/F) beynəlxalq standartlara uyğun hazırlanması (davamlı)
  • Xarici müqavilələrin E-Gov sistemində qeydiyyatı
  • Üzləşmə və müqavilələr
  • Aylıq və illik üzləşmələrin aparılması. Vergi və 1 C üzrə 
  • Yeni apteklərlə müqavilələrin  yazılması, təsdiq edilməsi və göndərilməsi.

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi
  • İş rejimi: 5 günlük iş həftəsi, 09:00-18:00
  • Nahar şirkət tərəfində təmin edilir
  • Tibbi sığorta
  • Əmək haqqı: 800 - 1000 AZN (Namizədin təcrübəsindən asılı olaraq)

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.