Mühasib
Superfon
Период: 2026-09-24 - 2026-10-24
Количество просмотров: 77
Вакансия № 1015810
Город:
Баку
Namizədə dair tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat);
- Mühasibat sahəsində ən azı 3 il iş təcrübəsi;
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək;
- Mühasibat proqramları ilə iş bacarığı (LOGO proqramı ilə iş təcrübəsi üstünlük hesab olunur);
- E-taxes (vergi portalı),e-custom və internet-bankçılıqla başlanğıc səviyyəsində iş bacarığı;
- Diqqətlilik, məsuliyyət, analitik düşüncə və ünsiyyət bacarığı.
Vəzifələr:
- Bank hesablarına mədaxil və məxaric olunan bütün əməliyyatları bank çıxarışları əsasında vaxtında mühasibat proqramında (LOGO) qeydiyyata almaq;
- Proqramdakı bank qalıqlarını bank çıxarışı ilə müntəzəm olaraq tutuşdurmaq və fərqləri aşkar edib aradan qaldırmaq.
- POS terminallar vasitəsilə daxil olan məbləğləri sistemdə işləmək;
- Terminal hesabatlarını, bank daxilolmalarını və kassa (satış) məlumatlarını tutuşdurmaq;
- Bank komissiyalarını düzgün uçota almaq;
- Pərakəndə satış məbləğlərinin tam və düzgün əks olunmasına nəzarət etmək.
- ƏDV depozit hesabına mədaxil və məxaric olunan əməliyyatları mühasibat proqramında (LOGO və ya digər) qeydiyyata almaq;
- ƏDV depozit hesabının qalığını e-qaimələr və vergi orqanının məlumatları ilə tutuşdurmaq.
- Gömrük avans hesabı üzrə köçürmələri və gömrük rüsumlarının silinməsini sistemdə işləmək;
- Gömrük bəyannamələri əsasında hesablanmış ödənişləri uçota almaq;
- Hesabın qalığına nəzarət etmək və qalıq azaldıqda rəhbərliyə vaxtında məlumat vermək.
- Aylıq əmək haqqı cədvəlini hazırlamaq və təsdiqdən sonra ödəniş üçün ödənilməsi üçün göndərmək;
- İşçilərə verilən avans ödənişlərini qeydiyyatını aparmaq;
- Hesablanmış əmək haqqını və ondan tutulmaları (gəlir vergisi, DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta) xərc kimi tanımaq;
- Ay sonunda əmək haqqı hesablamalarının yoxlanılması və hesabatı təqdim etmək;
- Çalışanların qalıq və nəticələrinə (qalıq, borc, avans) nəzarət etmək.
- Müştərilərdən daxil olan ödənişləri daxil etmək və düzgünlüyünü yoxlamaq;
- Müştərilərlə hesablaşmaların üzləşdirmə aktlarının hazırlanmasında iştirak etmək
- Vaxtı keçmiş borclar barədə Maliyyə Menecerinə məlumat vermək.
Şirkət tərəfindən:
- Peşəkar inkişaf və öyrənmə imkanı;
- Karyera yüksəlişi;
- Peşəkar və dinamik iş mühiti;
- Əmək müqaviləsi;
İş şəraiti
- İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
- İş rejimi: Tam iş günü
- Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini hr@superfon.az elektron poçt ünvanına göndərə bilərlər.
Другие вакансии в этой категории
Другие вакансии этого работодателя
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Kiçik Hüquqşünas | Superfon | 2026-08-25 - 2026-09-25 |