Ofis meneceri
Auto Azerbaijan
Период: 2026-07-06 - 2026-08-06
Количество просмотров: 53
Вакансия № 1015570
Город:
Баку
Vəzifə öhdəlikləri
- İdarə Heyəti iclaslarının təşkili və koordinasiyasını həyata keçirmək;
- İclas gündəliklərini hazırlamaq və aidiyyəti şəxslərlə razılaşdırmaq;
- İclas iştirakçılarını məlumatlandırmaq və dəvətlərin göndərilməsini təmin etmək;
- İdarə Heyəti iclaslarının protokollarını aparmaq və rəsmi şəkildə hazırlamaq;
- Qərarların, tapşırıqların və protokolların qeydiyyatını və arxivləşdirilməsini təmin etmək;
- İclas sənədlərinin, təqdimatların və hesabatların toplanması və sistemləşdirilməsini təşkil etmək;
- İdarə Heyəti üzvləri ilə digər struktur bölmələri arasında operativ koordinasiyanı təmin etmək;
- Qəbul edilmiş qərarların icra statusunu izləmək və hesabat hazırlamaq;
- Məxfi məlumatların qorunmasını təmin etmək;
- Korporativ idarəetmə prosedurlarına uyğun sənəd dövriyyəsini təşkil etmək;
- Rəhbərliyin verdiyi digər inzibati və təşkilati tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dili biliyi üstünlükdür;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Protokol yazılması və rəsmi sənədlərlə işləmə təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
- Məxfilik prinsiplərinə ciddi riayət etmək;
- Korporativ mühitdə və ya rəhbərliklə işləmə təcrübəsi üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Diqqətlilik və məsuliyyətlilik;
- Operativlik və intizam;
- Analitik düşüncə;
- Etik davranış və peşəkarlıq;
- Stress altında işləmək bacarığı.
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Ofis meneceri” yazaraq öz CV-lərini hr@autoaz.az elektron poçt ünvanına yollaya bilərlər.
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Ofis meneceri / Receptionist | AF Holding | 2026-06-25 - 2026-07-25 |
| Katibə | Sea Breeze Resort & Residences | 2026-06-08 - 2026-07-08 |





