Ofis meneceri
Microtech MMC
Период: 2026-09-10 - 2026-10-10
Количество просмотров: 136
Вакансия № 1015777
Город:
Баку
Şirkətimizə müştərilərlə ünsiyyət qurmağı bacaran, satış yönümlü və aktiv Ofis Meneceri axtarılır.
İş şəraiti
- İş qrafiki: 5 günlük, 09:00–18:00
- Əməkhaqqı: Rəqabətli əmək haqqı
- İş yeri: Microtech MMC
Əsas vəzifələr:
- Müştərilərin qarşılanması və məlumatlandırılması;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul/xidmətin təqdim edilməsi;
- Satışların həyata keçirilməsi və potensial müştərilərlə mütəmadi əlaqənin saxlanılması;
- Müştəri bazasının və müraciətlərin qeydiyyatının aparılması;
- Ofisin gündəlik inzibati işlərinin təşkili;
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında icrası.
Tələblər:
- Güclü ünsiyyət və satış bacarığı;
- Müştəriyönümlü və nəticə fokuslu yanaşma;
- Aktiv, məsuliyyətli və operativ olmaq;
- Danışıqlar aparmaq və inandırmaq bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı;
- Satış və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür;
- Marketinq, Biznesin idarə edilməsi, Menecment və İqtisadiyyat ixtisasları üstünlükdür.
Şirkət tərəfindən təqdim olunan imkanlar:
- Stabil iş mühiti;
- Push30 üzvlüyü – fitness və sağlam həyat tərzi imkanlarından istifadə;
- Paşa Könüllü Tibbi Sığorta;
- Peşəkar və dəstəkləyici komanda;
- Karyera inkişafı və təlim imkanları.
Maraqlanan namizədlər CV-lərini “Ofis Meneceri” başlığı ilə sarabeyim.valiyeva@microtech.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
Другие вакансии в этой категории