Pərakəndə üzrə Satış təmsilçisi
Sirab
Период: 2026-11-25 - 2026-12-25
Количество просмотров: 19
Вакансия № 1016001
Город:
Баку
Vəzifə Öhdəlikləri:
- Müəyyən olunmuş marşrut (rut) planı üzrə satış nöqtələrini müntəzəm ziyarət etmək, müəyyən edilmiş satış hədəflərini icra etmək və sifarişləri qəbul etmək;
- Mövcud müştəri bazası ilə əlaqələri möhkəmləndirmək, ərazidə yeni satış nöqtələri cəlb edərək müştəri şəbəkəsini genişləndirmək;
- Şirkət məhsullarını və yeni çeşidləri (SKU) peşəkar şəkildə təqdim etmək; təhvil verilmiş stend, soyuducu və digər ticari avadanlıqların təyinatına uyğun və səmərəli istifadəsinə nəzarət etmək;
- Satış nöqtələrində məhsulların rəf düzülüşünə (FIFO qaydalarına və şirkət standartlarına), məhsulun görünürlüyünə və rəf payına nəzarət etmək;
- : Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini və debitor borcların (qalıq öhdəliklərin) vaxtında yığılmasını izləmək; müştəridəki stok həcmini optimal səviyyədə idarə etmək.
Əsas tələblər:
- Təcrübə: FMCG sahəsində satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi;
- Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili – səlis
- Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta səviyyə)
Fərdi keyfiyyətlər:
- Yüksək ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı;
- Günün/həftənin planlaşdırılması və problemləri çevik həlletmə qabiliyyəti;
- Komandada işləmək, nəticəyönümlülük və məsuliyyətlilik.
İş şəraiti və təminatlar:
- Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə aylıq Bonus;
- Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək xərcləri şirkət tərəfindən ödənilir;
- Əlaqə: Korporativ nömrə və danışıq paketi;
- İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü).
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Wp - 0999003589
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Другие вакансии этого работодателя
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Maliyyə auditi | Sirab | 2026-11-20 - 2026-12-20 |