Rəqəmsal dələduzluqla mübarizə üzrə mütəxəssis
Expressbank Период: 2025-09-24 - 2025-10-24
Количество просмотров: 361 Вакансия № 1014673
Город:

Баку


İşin təsviri:

  • Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri ilə müəyyən edilməyən dələduzluq insidentlərinin aşkar edilməsi;
  • Bankın filial və şöbələrindən, o cümlədən məlumat mərkəzi və rəqəmsal kanallardan daxil olan dələduzluq riskləri və insidentlərinin axınının müəyyən edilməsi və məlumat axının düzgün təşkil edilməsi;
  • Məhsul və xidmətlər üzrə dələduzluq faktorlarına dair yoxlamalarının həyata keçirilməsi;
  • Bankın əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq) üzrə risk və insidentlərin müəyyən edilməsi və uçotunun aparılması;
  • Rəqəmsal dələduzluq hallarının qarşısının alınması istiqamətində tədbirlərinin həyata keçirilməsi;
  • Aktual rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi istiqamətində bankdaxili və müştərilər ilə kommunikasiyanın təşkil edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
  • Microsoft office proqramları üzrə biliklər;
  • Məlumat sorğulama alətləri üzrə biliklər (PL/SQL, SQL Developer və.s.);
  • Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri üzrə biliklər.

    Müraciət et