Risk və Daxili Audit şöbə müdiri
Araz Supermarket
Период: 2026-09-07 - 2026-10-07
Количество просмотров: 129
Вакансия № 1015761
Город:
Баку
Departament: Daxili Audit, Risk və Daxili Nəzarət Departamenti
Sənaye: Retail / Ticarət
İşin Təsviri (Vəzifə Öhdəlikləri):
- Retail (pərakəndə satış) əməliyyatlarında, mağazalar şəbəkəsində və anbar logistika proseslərində risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;
- Daxili audit planının hazırlanması və yoxlamaların effektiv həyata keçirilməsinə rəhbərlik edilməsi;
- Şirkətdaxili biznes proseslərinin, maliyyə və əməliyyat nəzarəti mexanizmlərinin effektivliyinin təhlil olunması;
- İtki və kənaraçıxmaların (kassa, inventarlaşdırma, mal itkiləri) səbəblərinin araşdırılması və önləyici tədbirlər planının hazırlanması;
- Audit nəticələri üzrə hesabatların rəhbərliyə təqdim edilməsi və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına nəzarət olunması;
- Şöbə əməkdaşlarının işinin planlaşdırılması, yönləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi.
Namizədə Dair Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Audit və ya Biznesin İdarə Edilməsi üzrə);
- Retail (pərakəndə satış) və ya FMCG sahəsində daxili audit/risk analizi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
- CIA, ACCA və ya CIMA sertifikatlarının olması üstünlükdür;
- Pərakəndə satış prosesləri, kassa əməliyyatları, inventarlaşdırma və təchizat zənciri nəzarəti mexanizmlərini dərin bilmək;
- Azərbaycan dilini səlis bilmək (Rus və İngilis dilləri üstünlükdür);
- MS Office (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmək bacarığı;
- Güclü analitik təfəkkür, rəhbərlik və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Daxili audit üzrə mütəxəssis / aparıcı mütəxəssis | Kontakt Home | 2026-09-08 - 2026-10-08 |