Risk və Komplayens şöbəsinin Əməliyyat riskləri üzrə aparıcı mütəxəssisi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Период: 2024-12-16 - 2025-01-22
Количество просмотров: 271 Вакансия № 1012615
Город:

Баку


İşin təsviri: 

  • Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və beynəlxalq standartları, tələbləri tətbiq etmək;
  • Rol matrisləri yaratmaq və onlara edilən dəyişikliklərlə bağlı rəylər vermək; 
  • Yeni xidmət və məhsullar, qayda və prosedurlar, proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak etmək;
  • Əməliyyat risklərinin idarə olunması üçün məlumat bazalarını yaratmaq və optimallaşdırmaq;
  • Agentlikdə yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərini müəyyən etmək, minimallaşdırmaq və qarşısının alınması ilə bağlı rəy vermək;
  • Əməliyyat proseslərində risklərin azaldılması üçün təkmilləşdirici tövsiyələr hazırlamaq və tətbiqinə nəzarət etmək;
  • Riskləri vaxtında aşkarlamaq və kommunikasiya etmək;
  • Agentlikdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə tədbirlərində iştirak etmək;
  • RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesini idarə etmək.

Tələblər:

  • İqtisadiyyat və ya hüquq üzrə ali təhsil; 
  • Risklərin idarəetməsi üzrə beynəlxalq sertifikatlar üstünlükdür;
  • Müvafiq sahə üzrə ən azı 2-3 il iş təcrübəsi;
  • Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı;
  • Risklərin identifikasiyası və qiymətləndirilməsi üçün analitik bacarıqlar;
  • Operativ və düzgün qərar vermə qabiliyyəti;
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
  • Proseslərin idarə olunması, normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və Rus dili üstünlükdür.

    Müraciət üçün link: https://jobs.glorri.az/corporate/vacancies/idda/idda-risk-ve-komplayens-sobesinin-emeliyyat-riskleri-uzre-aparici-mutexessisi-2487/apply?source=linkedin

Другие вакансии этого работодателя