Satış üzrə mütəxəssis
Handex MMC Период: 2026-10-21 - 2026-11-21
Количество просмотров: 34 Вакансия № 1015889
Город:

Баку


Vəzifə öhdəlikləri:

  • WhatsApp, sosial media və telefon vasitəsilə daxil olan müraciətlərin cavablandırılması;
  • Leadlərlə əlaqə saxlanılması və satış prosesinin idarə edilməsi;
  • Lead məlumatlarının CRM-də qeydiyyatı və statusların yenilənməsi;
  • Yeni müştərilərin cəlb edilməsi və satışların həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması və ödənişlərin sistemdə qeydiyyatı;
  • Aylıq satış hesabatlarının hazırlanması.

Tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində minimum 1 il iş təcrübəsi; təhsil sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Güclü ünsiyyət, inandırma və təqdimat bacarıqları;
  • Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək, etirazlarla işləmək və satışla nəticələnən ünsiyyət qurmaq bacarığı;
  • Nəticəyönümlülük, təşəbbüskarlıq və yüksək məsuliyyət hissi;
  • MS Office proqramları və internet resurslarından istifadə bacarığı.
  • Telefon və yazılı kommunikasiya bacarığı;
  • CRM və MS Office proqramlarında işləmək bacarığı;
  • Aktiv satış və leadlərlə işləmək bacarığı;

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • Əmək haqqı + bonus sistemi;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Şirkətdaxili təlim və inkişaf imkanları;
  • Dinamik və komanda yönümlü iş mühiti;
  • Komanda tədbirləri və korporativ fəaliyyətlər

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: Tam iş günü
  • İş saatları: 10:00-19:00 (I – V), VI gün online

Maraqlanan namizədlər öz CV-lərini cv@handex.edu.az elektron poçt ünvanına göndərə bilərlər.