Satış və Rezervasiyalar üzrə Agent
Fairmont Baku Период: 2026-04-28 - 2026-05-28
Количество просмотров: 44 Вакансия № 1015414
Город:

Баку


Əsas vəzifələr:

  • Qonaqlara şirkətin standartlarına uyğun yüksək səviyyəli xidmət göstərmək və müsbət münasibətlər quraraq şirkətin gəlirliliyinə töhfə vermək 
  • Qonaqlara protokollara uyğun, detallara diqqət yetirərək yüksək keyfiyyətli xidmət təqdim etmək 
  • Tələb olunduğu hallarda qonaqlar, VIP müştərilər və potensial üzvlər üçün SPA turları təşkil etmək 
  • Qonaqların seçimlərini mütəmadi olaraq qeydə almaq, profillərini yeniləmək və bu məlumatları komanda ilə bölüşmək 
  • Qonaqlara aid məlumatların (o cümlədən tibbi məlumatların) məxfiliyini daim qorumaq 
  • Qonaqların ehtiyaclarını ön planda tutaraq rezervasiya cədvəllərini effektiv şəkildə idarə etmək 
  • Bütün xidmətlərin brend standartlarına uyğun şəkildə təqdim olunmasını təmin etmək 
  • SPA turları zamanı qonaqlara xidmətlər, istifadə qaydaları, sağlamlıq və təhlükəsizlik barədə ətraflı məlumat vermək 

Tələblər:

  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışıq bacarığı 
  • Müvafiq sahədə iş təcrübəsi 
  • Yüksək məsuliyyətlilik 
  • Dəyişən iş mühitində çoxsaylı tapşırıqları eyni vaxtda icra etmək bacarığı 
  • Komanda daxilində sakit, peşəkar və effektiv ünsiyyət qurmaq bacarığı

Maraqlanan namizədlər öz CV-lərini aze.careers@fairmont.com düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.


Другие вакансии в этой категории
Другие вакансии этого работодателя
Позиция Работодатель Период
Host Fairmont Baku 2025-12-04 - 2026-12-04