SƏTƏM mütəxəssisi
LİBRAFF MMC Период: 2026-09-04 - 2026-10-04
Количество просмотров: 85 Вакансия № 1015758
Город:

Баку


Şirkətimizdə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya açıqdır.

Əsas vəzifələr:

  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
  • İş yerlərində təhlükəsizlik üzrə monitorinqlər aparmaq;
  • Mövcud riskləri müəyyən etmək və onların qarşısının alınması üzrə tədbirlər hazırlamaq;
  • SƏTƏM üzrə təlim və təlimatlandırmaları təşkil etmək;
  • Hadisələrin və təhlükəli halların araşdırılmasında iştirak etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə sənədləşməni aparmaq;
  • Aşkarlanmış uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • Rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Namizədə tələblər:

  • SƏTƏM, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya uyğun sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı.

CV-nizi mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə human.resources@libraff.az  elektron poçt ünvanına göndərə bilərsiniz.


Другие вакансии в этой категории
Другие вакансии этого работодателя