Sosial media üzrə mütəxəssis
Mətanət A
Период: 2025-10-10 - 2025-11-10
Количество просмотров: 151
Вакансия № 1014764
Город:
Баку
İşin təsviri:
- Sosial media kampaniyalarının planlaşdırılması, icrası və optimallaşdırılması;
- Şirkətin sosial media kanallarında (Facebook, Instagram, LinkedIn və s.) yaradıcı məzmun hazırlamaq və paylaşmaq;
- Sosial media üçün aylıq post planının hazırlanması;
- Müsbət müştəri təcrübəsi yaratmaq və brendin mövqeyini möhkəmləndirmək üçün kreativ sosial media məzmunları hazırlamaq;
- Sosial media reklamlarının hazırlanması və effektiv idarə olunması (Meta Ads, Google Ads və s.);
- Sosial media üzərindən müştərilərlə interaktiv ünsiyyət qurmaq və sorğulara cavab vermək;
- Dizayner, Videoqraf, Fotoqraf üçün müvafiq brieflərin yazılması;
- Sosial media göstəricilərinin təhlili, hesabatların hazırlanması və optimallaşdırma üçün təkliflər vermək.
Tələblər:
- Marketinq, İctimaiyyətlə Əlaqələr, İqtisadiyyat və ya əlaqəli sahələrdə ali təhsil;
- Sosial media mütəxəssisi və ya oxşar sahədə minimum 1-2 illik iş təcrübəsi;
- Sosial media platformalarının idarə edilməsi və analitik alətlərin istifadəsi bacarığı (Hootsuite, Buffer, Google Analytics, Facebook Insights və s.);
- Yaradıcı məzmun hazırlama bacarığı;
- Dil bilikləri: Azərbaycan dili yüksək (İngilis və rus dilləri arzuolunandır).
İş şəraiti:
- İş yeri: Luxen Plaza;
- İş qrafiki: 5 günlük;
- İstirahət: Şənbə və bazar günü;
- Korporativ nömrə;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Əmək haqqı Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.
Müraciət et
Другие вакансии в этой категории
Другие вакансии этого работодателя
Позиция | Работодатель | Период |
---|---|---|
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) | Mətanət A | 2025-09-26 - 2025-10-26 |