Баку
Vakansiya haqqında məlumat:
PAŞA Sığorta ASC peşəkar komandasına qoşulmaq istəyən namizədləri Telesatış və Birbaşa satış şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməyə dəvət edir.
Bu vəzifə telesatış və birbaşa satış kanallarının strateji idarə olunmasına rəhbərlik etməklə satış performansının davamlı artırılmasını, müştəri bazasının inkişafını və satış komandasının yüksək nəticələr əldə etməsini təmin edir. Şöbə rəhbəri satış strategiyalarının hazırlanması və icrası, komandanın effektiv idarə olunması, müştəri yönümlü yanaşmanın formalaşdırılması, həmçinin satış proseslərinin optimallaşdırılması istiqamətində əsas rol oynayır. Vəzifə şirkətin biznes məqsədlərinə uyğun olaraq satış fəaliyyətinin inkişaf etdirilməsini, gəlirliliyin artırılmasını və yüksək xidmət keyfiyyətinin qorunmasını nəzərdə tutur.
Öhdəliklər
- Telesatış və birbaşa satış kanallarının fəaliyyətini planlaşdırmaq, təşkil etmək və effektiv idarə etmək;
- Satış strategiyalarının icrasını təmin etməklə şöbənin müəyyən edilmiş hədəflərinə nail olunmasına rəhbərlik etmək;
- Mövcud müştəri bazasının inkişafını və yeni müştərilərin cəlb olunmasını təmin etmək;
- Komanda üzvlərinin fəaliyyətini koordinasiya etmək, performansını qiymətləndirmək və peşəkar inkişafını dəstəkləmək;
- Müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsini və korporativ xidmət standartlarına əməl olunmasını təmin etmək;
- Sığorta müraciətləri üzrə zəruri məlumatların toplanmasına, anderraytinq prosesinin koordinasiyasına və sənədləşmə işlərinin düzgün aparılmasına nəzarət etmək;
- Sığorta müqavilələrinin yenilənməsi prosesini idarə etmək və aidiyyəti sənəd dövriyyəsinin düzgün təşkilini təmin etmək;
- Satış nəticələrini təhlil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şöbənin fəaliyyətinin optimallaşdırılması və satış effektivliyinin artırılması istiqamətində təşəbbüslərlə çıxış etmək.
Bilik və Bacarıqlar
- Satışın idarə olunması və komanda rəhbərliyi sahəsində bilik və təcrübə;
- Satış texnikaları və müştəri münasibətlərinin idarə olunması üzrə dərin biliklər;
- Analitik düşünmə, nəticəyönümlülük və qərarvermə bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Liderlik, təşəbbüskarlıq və komanda ilə effektiv əməkdaşlıq bacarığı;
- Azərbaycan dili üzrə səlis bilik, ingilis və rus dillərini bilmək üstünlükdür.
Təhsil və Təcrübə
- Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat, Maliyyə və ya digər uyğun ixtisaslar üzrə olması üstünlükdür);
- Satış və ya müvafiq sahədə rəhbərlik təcrübəsi;
- Satış, liderlik, layihələrin idarə olunması və ya müştəri xidməti üzrə sertifikatların olması üstünlükdür.
Biz Sizə Təklif Edirik
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Davamlı öyrənmə və inkişaf mühiti;
- Dəstəkləyici və əməkdaşlığa əsaslanan komanda mühiti;
- Şirkətin strateji hədəflərinə birbaşa töhfə vermək imkanı;
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Telesatış üzrə təmsilçi | Barattson | 2026-07-20 - 2026-08-15 |
| Satış meneceri | Mesa Group | 2026-07-21 - 2026-08-21 |



