UX/UI Designer
TuranBank
Период: 2026-09-02 - 2026-10-02
Количество просмотров: 18
Вакансия № 1015747
Город:
Баку
Vəzifə haqqında
- Rəqəmsal məhsulların, mobil tətbiqlərin və veb platformaların istifadəçi təcrübəsinin və vizual interfeysinin hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak edəcək UX/UI Designer axtarılır.
- Namizəd istifadəçi ehtiyaclarını, biznes tələblərini və müasir UX/UI prinsiplərini nəzərə alaraq intuitiv, funksional və istifadəsi rahat interfeyslərin hazırlanmasında iştirak edəcək.
Əsas vəzifə öhdəlikləri
- Mobil tətbiq və veb platformalar üçün UX/UI dizaynlarının hazırlanmasında iştirak etmək;
- Biznes tələblərini və istifadəçi ehtiyaclarını analiz edərək uyğun UX həllərinin hazırlanmasında iştirak etmək;
- Wireframe, User Flow, Information Architecture və Interactive Prototype-ların hazırlanması;
- Mobil və veb interfeyslərin müxtəlif ekran ölçülərinə və platformalara uyğunlaşdırılmasını təmin etmək;
- Mövcud məhsullarda UX problemlərini müəyyənləşdirmək və onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Yeni məhsul və funksionallıqlar üzrə UX/UI araşdırmaları, istifadəçi ssenariləri və benchmark analizləri aparmaq;
- Rəqib məhsulların və bazar həllərinin araşdırılmasında iştirak etmək;
- İstifadəçi yönümlü və intuitiv interfeyslərin hazırlanmasına dəstək olmaq;
- Design System və komponent kitabxanasının hazırlanması və inkişafında iştirak etmək;
- Mövcud məhsullarda UI consistency və vahid dizayn standartlarını qorumaq;
- Figma-da Components, Variants, Auto Layout və digər dizayn imkanlarından effektiv istifadə etmək;
- Hazırlanmış dizaynların developer komandaya və biznes analitiklərə düzgün şəkildə təhvil verilməsini təmin etmək;
- Developer-lərlə əməkdaşlıq edərək dizaynların texniki reallaşdırılmasını dəstəkləmək;
- Dizayn həllərinin usability və user-centered design prinsiplərinə uyğunluğunu təmin etmək;
- Hazırlanmış dizaynların istifadəçi və biznes tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri təkmilləşdirmələri həyata keçirmək.
Namizədə tələblər
- UX/UI Design sahəsində minimum 1 il iş təcrübəsi və portfolio;
- Figma ilə işləmək üzrə yaxşı praktiki bacarıqlar;
- Auto Layout, Components, Variants və Design System haqqında biliklər;
- Mobil tətbiq və veb interfeys dizaynı üzrə əsas biliklər;
- UX prinsipləri, usability, accessibility və User-Centered Design haqqında anlayış;
- User Flow, Wireframe və Prototype hazırlamaq bacarığı;
- • Komponent əsaslı dizayn və Design System ilə işləmək haqqında anlayış;
- Responsive Design prinsipləri haqqında əsas biliklər;
- UX/UI araşdırması və benchmark aparmaq bacarığı;
- Analitik düşüncə və problemlərin həlli bacarığı;
- Detallara diqqətli və yaradıcı yanaşma;
- Komanda ilə işləmək və developer/BA komandaları ilə effektiv kommunikasiya bacarığı;
- Azərbaycan dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis və ya rus dili biliyi üstünlükdür.
Şəxsi keyfiyyətlər
- İstifadəçi ehtiyaclarını anlama və empati qurmaq bacarığı;
- Analitik və sistemli düşüncə;
- Öyrənməyə və yeni alətləri mənimsəməyə açıqlıq;
- Məsuliyyətlilik və nəticəyönümlülük;
- Detallara diqqət;
- Komanda daxilində effektiv əməkdaşlıq;
- Dizayn həllərini təkmilləşdirmək bacarığı.
Üstünlük veriləcək
- Bankçılıq, FinTech və ya digər rəqəmsal məhsullar üzrə təcrübə;
- Mobil bankçılıq və internet bankçılıq məhsulları haqqında anlayış;
- Design System-in hazırlanması və inkişafı üzrə təcrübə;
- UX Research və usability testing haqqında praktiki bilik;
- Jira, Confluence və ya analoji məhsul idarəetmə alətləri ilə işləmə təcrübəsi;
- Real layihələr üzrə UX/UI portfolio-nun olması.
Portfolio
- Namizədin portfolio təqdim etməsi arzuolunandır. Portfolio-da ən azı 3-4 layihə üzrə dizayn prosesinin — problemin müəyyənləşdirilməsi, User Flow/Wireframe, UI dizayn, Prototype və yekun həllin — nümayiş etdirilməsi üstünlük hesab olunur.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.