Xəzinədarlıq üzrə kiçik administrator
Sinteks Group of Companies Период: 2025-09-18 - 2025-10-18
Количество просмотров: 591 Вакансия № 1014647
Город:

Баку


Vəzifənin rolu:

Xəzinədarlıq üzrə kiçik administrator şirkət tərəfindən yerli valyutada planlaşdırılmış ödənişlərin həyata keçirilməsini, bütün bank əməliyyatlarının ERP sistemində düzgün əks etdirilməsini və operativ məlumatların təqdim edilməsini icra edir; maliyyə, bank və ekvayrinq xərclərinə nəzarət edir.

Vəzifə öhdəlikləri:

  • Yerli valyutada olan ödənişlərin həyata keçirilməsi
  • Yerli valyutada olan bank əməliyyatlarının ERP sisteminə daxil edilməsi 
  • Bank hesablarının maliyyə uçotu proqramı üzərindən üzləşməsinin həyata keçirilməsi
  • İnternet banking üzərindən pos terminallarla bağlı sifarişlərinin həyata keçirilməsi
  • Ayın bağlanması prosesində iştirak etməsi

Professional biliklər:

  • Maliyyə uçotu
  • İngilis dili (yaxşı səviyyədə)
  • 1C programı (orta səviyyədə)
  • MS Office (Excel)

Təhsil:

  • İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində Ali təhsil

İş təcrübəsi:

  • Maliyyə və Mühasibat sahəsində təcrübə

Professional Bacarıq və Kompetensiyalar

  • Detallara diqqət
  • Zamanın idarəolunması
  • Analitik düşüncə
  • Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədarlıq üzrə kiçik administrator (yerli ödənişlər)” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.


Другие вакансии этого работодателя