1C üzrə Məsləhətçi
Zeytun Pharmaceuticals
Müddət: 2026-01-05 - 2026-02-05
Baxış sayı: 290
Vakansiya № 1015095
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- İstifadəçilərə cari məsələlər üzrə məsləhətlərin verilməsi, 1C proqramında işləmə ilə bağlı dəstək, istifadəçilərin öyrədilməsi, məlumat bazasında məlumatların daxil edilməsi zamanı yaranan səhvlərin aşkarlanması.
- Təlimatların yazılması və zəruri sənədləşmənin aparılması.
- Məsələn, “1C: UT” kimi konfiqurasiyaların tətbiqi və təkmilləşdirilməsi.
- Dəyişiklik edilmiş konfiqurasiyaların qeyri-standart yenilənmələrinin aparılması.
- Sistemin inkişafı və təkmilləşdirilməsi ilə bağlı istifadəçi ehtiyaclarının müəyyən edilməsi.
- Sistemə olan tələblərin təhlili və onların konfiqurasiyada həyata keçirilməsi.
- İstifadəçilərin təlimi.
- Ticarət avadanlıqlarının qoşulması və sazlanması, İT sahəsində minimal biliklər.
Tələblər:
- Təhsil: Ali
- Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il
- 1C modullarını işləmə və idarəetmə bacarığı
- 1C proqramı üzrə texniki dəstək
- 1C platformasında hər növ inteqrasiya proseslərini bilməli
- İşində dəqiq və məsuliyyətli.
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Karyera yüksəlişi imkanı.
- Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunacaq.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Proqram təminatı üzrə aparıcı mütəxəssis | İcbari Sığorta Bürosu | 2026-01-26 - 2026-02-26 |
Bu şirkətin digər vakansiyaları





