Anderraytinq Mərkəzinin Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsində mütəxəssis/aparıcı/baş mütəxəssis
AzərTürkBank Müddət: 2025-04-07 - 2025-05-07
Baxış sayı: 588 Vakansiya № 1013599
Şəhər:

Bakı


İşin təsviri:

  • Korporativ müştərilərdən daxil olan biznes krediti və digər maliyyələşmə müraciətləri üzrə ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə müştərilərin maliyyə və biznes təhlilinin aparılması, təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması məqsədilə müştərilər ilə görüşlərin keçirilməsi;
  • Korporativ müştərilər üzrə kredit reytinqlərinin hesablanması və müvafiq ilkin qərarların qəbul edilməsi işini həyata keçirmək;
  • Kreditləşmə üzrə bankdaxili qaydalara riayət olunması, təminata dair və digər risklərin düzgün qiymətləndirilməsini həyata keçirmək;
  • Korporativ müştərilərin maliyyəşdirilməsi müraciətləri üzrə son qərarın verilməsi məqsədilə kredit rəyinin hazırlanması;
  • Kredit reytinqi modellərinin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Bankın korporativ müştəri portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlili;
  • Korporativ maliyyələşmənin təhlilinə dair hesabatların hazırlanmasında iştirak;

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili və rus dili biliyi, ingilis dili biliyi arzuolunandır;
  • Korporativ maliyyəşmənin təhlili üzrə 3 illik iş təcrübəsi;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
  • ACCA F3/FFA, ACCA F7/FR sertifikatlarının olması üstünlükdür;
  • MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) sərbəst istifadə qabiliyyəti;
  • Komandada işləmək, vaxtın idarə edilməsi və yüksək ünsiyyət bacarığı;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.

    Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/atb/atb-anderraytinq-merkezinin-korporativ-kreditlerin-ve-investisiya-layihelerinin-tehl-31028/apply