Baş mühasib
Kristal Abşeron MTK Müddət: 2026-07-28 - 2026-08-28
Baxış sayı: 36 Vakansiya № 1015631
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri:

  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək;
  • Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlayıb təqdim etmək;
  • Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
  • Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək.

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (istehsal sahəsində təcrübəyə üstünlük verilir);
  • Aksizli malların uçotu, aksiz bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi sahəsində yüksək səviyyədə praktiki təcrübə (mütləqdir);
  • Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), aksiz vergisi, əmlak vergisi və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək səviyyədə praktiki biliklər;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi, xüsusilə aksizli malların vergitutma qaydaları, vergitutma obyekti, vergi dərəcələri və vergi güzəştləri üzrə dərin biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar;
  • 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
  • Elektron dövlət informasiya sistemləri və portalları ilə işləmək bacarığı;
  • Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları;
  • Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları;
  • Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
  • Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.

İş barədə məlumat

  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
  • İş yeri:  Hüseynbala Əliyev 32/24
  • İş vaxtı: 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Baş mühasib” yazmaqla hr@kristal.az düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.