Baş mütəxəssis / Maliyyə şöbəsi / Mühasibatlıq sektoru
AzerGold Müddət: 2026-06-08 - 2026-07-08
Baxış sayı: 49 Vakansiya № 1015492
Şəhər:

Bakı


Əsas vəzifə öhdəlikləri:

  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək üçün məlumatları hazırlayıb rəhbərinə təqdim etmək;
  • Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunu aparmaq;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərini vaxtında ödəmək;
  • Müştəri və biznes üzrə digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq;
  • Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini təmin etmək;
  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
  • Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları və digər ayırmaları təmin etmək;
  • Aylıq, rüblük, illik maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək;
  • Aylıq, rüblük, illik hesabatların vergi orqanlarına və DSMF-yə təqdim edilməsini təmin etmək;
  • Görülmüş iş, alınmış mal-material və göstərilmiş xidmətlərə görə ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin , eləcədə büdcəyə ƏDV-nin elektron köçürmələrinin aparılmasını təşkil etmək;
  • Debitor və kreditor borclarının aylar üzrə hesablanması və mühasibatlıq proqramında işlənməsini təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır;
  • Microsoft Office və 1C proqramlarından yaxşı istifadə bacarığı;
  • PMS sertifikatı;
  • Analitik təhlill və komanda ilə işləmək bacarıqları, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik, Nizam-intizam, Təşəbbüskarlıq.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya müvafiq sahə üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.