Baş xəzinədar
Respublika Diaqnostika Mərkəzi ASC
Müddət: 2026-06-01 - 2026-07-01
Baxış sayı: 53
Vakansiya № 1015473
Şəhər:
Bakı
Tələblər:
- Xanım namizədlər
- Ali təhsil (Maliyyə, mühasibat və ya digər iqtisadi sahələr üzrə);
- Yaş həddi – 25-40
- MS Office proqramları üzrə yüksək bacarıqlar;
- 1C üzrə biliklər;
- Mühasibat uçotu üzrə biliklər;
- İdarəetmə, yüksək analitik bacarıqlar;
- Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- Müvafiq vəzifədə minimum 2-3 il iş təcrübəsi olanlara üstünlük verilir;
- AKGÜN proqramı üzrə biliklər (arzuolunan)
Vəzifə öhdəlikləri:
- Heyətə nəzarət: Növbəli iş qrafiklərinin təşkili, tabeliyində olan xəzinədarların işinin izlənilməsi, onlara metodiki dəstəyin göstərilməsi.
- Kassa əməliyyatları: Nağd vəsaitlərin, qiymətli kağızların mədaxil (qəbul) və məxaric (verilmə) edilməsi.
- Hesabatlılıq: Gün sonu hesabatlarının (Z-hesabat) çıxarılması, kassa kitabının aparılması və faktiki qalıqların yoxlanılması.
- Inkassasiya: Yığılan pul vəsaitlərinin təhlükəsiz şəkildə sayılıb inkassasiyaya (banka təhvil verilmək üçün) hazırlanması.
- Sənədləşmə: Bütün Nağd əməliyyatların mühasibatlıq proqramlarında düzgün əks etdirilməsi, təsdiqedici sənədlərin arxivləşdirilməsi.
- Xəta və çatışmazlıqların idarəsi: Kassa kəsirlərinin və ya artıqlarının araşdırılması, müştəri şikayətlərinin və ya çətin ödəniş hallarının həll edilməsi
- Daxili nizam-intizam qaydalarına əməl edilməsi.
- İşgüzar problemlər və qayda pozuntuları haqqında struktur rəhbərinə vaxtında düzgün məlumatın verilməsi.
İş şəraiti:
- İş qrafiki – həftədə 5 iş günü
- İş saatları – 09:00-18:00
- Əmək haqqı – 1500-2000 Azn
- Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyə uyğun rəsmiləşmə
Maraqlanan namizədlər öz CV-lərini hr@rdm.az email ünvanına göndərə bilərlər.





