Bazar risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
ABB Bank
Müddət: 2025-09-09 - 2025-10-09

Baxış sayı: 299
Vakansiya № 1014579
Şəhər:
Bakı
İşin təsviri:
- Qlobal iqtisadi və maliyyə bazarlarında baş verən dəyişikliklərin Azərbaycan iqtisadiyyatına və bankın fəaliyyətinə mümkün təsirlərinin müntəzəm təhlilində iştirak etmək, nəticələrin risk idarəetməsi və strateji qərarvermə proseslərinə inteqrasiyasına töhfə vermək;
- Maliyyə sektorunun və bazarlarının sabitliyi və inkişafına dair trendlərin izlənilməsi, maliyyə infrastrukturunun dayanıqlılıq səviyyəsinin qiymətləndirilməsi və bu istiqamətdə analitik hesabatların hazırlanması;
- Bazar və likvidlik riskləri üzrə bankdaxili limitlərin və requlyativ tələblərin icrasına nəzarət etmək, uyğunsuzluqlar olduqda müvafiq bölmələrə xəbərdarlıq və təkliflərin verilməsi;
- İnvestisiya portfeli üzrə risklərin qiymətləndirilməsi və monitorinqi, o cümlədən portfelin risk iştahası ilə uyğunluğunun yoxlanılması və təkliflərin verilməsi;
- Bankın bazar və likvidlik risklərinin ölçülməsi üzrə modellərin təkmilləşdirilməsi və yeni metodologiyaların hazırlanmasında iştirak etmək (məsələn: DV01, duration gap, EVE, NII modelləri və s.);
- Stress-ssenarilər və kapital adekvatlığı simulyasiyaları çərçivəsində bazar və likvidlik risklərinin proqnozlaşdırılması və bu modellərin ICAAP və digər daxili qiymətləndirmə proseslərinə inteqrasiyasında iştirak etmək.
Tələblər:
- Ali iqtisadi təhsilə;
- İqtisadi modelləşdirmə və statistika sahəsində biliklərə;
- CFA və ya FRM sertifikatlarının olması üstünlükdür;
- Bankların maliyyə hesabatlarını anlama və təhlil etmə bacarıqlarına;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə;
- Analitik təfəkkür, araşdırma və yüksək təhlil etmə qabiliyyətinə malik olan şəxsdir.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları