Biznes Kreditləri üzrə Mütəxəssis
Prior Leasing
Müddət: 2026-04-01 - 2026-05-01
Baxış sayı: 55
Vakansiya № 1015341
Şəhər:
Bakı
Namizədə olan tələblər:
- Ali təhsil;
- MS Office proqramlarında (xüsusən Exceldə) işləmək bacarığı;
- Bank sektorunda kreditləşmə, risklərin idarə edilməsi, maliyyə təhlili və ya əlaqəli sahədə minimum 1 illik təcrübəsi olmalı;
- Analitik düşünmə və problem həll etmə bacarığı olmalı;
- ACCA F3 sertifikatının olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Lizinq müraciətlərinin təhlili üçün (əsasən aqrar sektor üzrə) borcalandan tələb olunan məlumatların toplanması, yoxlanılması və doğrulanması, zərurət olduqda borcalanla əlavə dəqiqləşdirmələrin aparılması və çarpaz sualların tətbiqi;
- Daxil olmuş lizinq ərizələri üzrə müştərinin biznes modelinin və maliyyə göstəricilərinin analizi;
- Kredit risklərinin qiymətləndirilməsi (anderraytinq) və risklərin azaldılması məqsədilə müvafiq şərt və təkliflərin hazırlanması;
- Müştərinin maliyyə dayanıqlığının və lizinq öhdəliklərini gələcəkdə icra etmək qabiliyyətinin qiymətləndirilməsi, kredit reytinqinin müəyyən edilməsi və qərarın formalaşdırılması;
- Xidmət Səviyyəsi Müqavilələrinə (SLA) uyğun olaraq hər müraciət üzrə anderraytinqin operativ aparılması və vaxtında tamamlanmasının təmin edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı + aylıq bonus;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Bakı şəh., Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Biznes Kreditləri üzrə mütəxəssis” yazaraq hr@prior.az elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2315&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Çağrı Mərkəzi operatoru | Prior Leasing | 2025-12-05 - 2026-12-05 |





