Biznesə dəstək şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Bank Respublika Müddət: 2026-08-17 - 2026-09-17
Baxış sayı: 82 Vakansiya № 1015692
Şəhər:

Bakı


Təsvir

  • Biznes və Korporativ müştərilərə şamil edilən hər növ bank məhsullarının yaradılması prosesində iştirak edir;
  • Biznes və Korporativ müştərilərə şamil edilən hər növ bank məhsullarının satışına və xidmətinə dəstək olan alətlərin hazırlanması və inkişaf etdirilməsində iştirak edir;
  • Satış personalının maddi və qeyri-maddi motivasiyasını yaradılmasına dair təkliflər verir;
  • Satışlarda yeni texnologiyalardan istifadə olunmasına yardım edir;
  • Bankın digər struktur bölmələri ilə işləri koordinasiya etməklə korporativ satışları həyata keçirən struktur bölmələrə dəstək göstərir;
  • Biznes hesabatlarını hazırlayır, təhlil edir və nəticələrini işıqlandırır;
  • Maddi və qeyri-maddi motivasiya sisteminə nəzarət edir və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;
  • Biznes hesabatlarının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üçün təkliflər verir;
  • Korporativ satışları həyata keçirən struktur bölmələrin fəaliyyətini optimallaşdırmaq məqsədi ilə əlaqəli struktur bölmələrlə birgə layihələr aparır;
  • Bütün növ biznes kredit məhsullarının yaradılması, mövcud məhsulların şərtlərinin dəyişdirilməsi və restrukturizasiya şərtlərinin müəyyən edilməsi prosesində iştirak edir;
  • Satış texnologiyalarının və kredit təhlil formalarının təkmilləşdirilməsini təmin edir;
  • Satışların stimullaşdırılması məqsədilə mütəmadi kampaniyaların təşkilində iştirak edir;
  • Səlahiyyətinə dair rəhbərlik tərəfindən verilən digər tapşırıqları həyata keçirir.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar);
  • Bank sektorunda, üstünlük olaraq korporativ bankçılıq sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Korporativ bankçılıq məhsulları, satış və xidmət prosesləri üzrə biliklər;
  • Biznes proseslərinin təhlili, test edilməsi və optimallaşdırılması, biznes tələblərinin hazırlanması, habelə bank məhsullarının inkişafı üzrə bilik və təcrübə;
  • Bank qanunvericiliyi, normativ-hüquqi aktlar və daxili qaydalar üzrə biliklər, problemlərin təhlili və onların həlli üzrə təkliflər hazırlamaq bacarığı;
  • Müştəri təcrübəsinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin artırılması və proseslərin sadələşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış etmək bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı, nəticəyönümlülük, təşəbbüskarlıq və innovativ yanaşma;
  • Güclü yazılı və şifahi ünsiyyət, təqdimat və danışıqlar aparmaq, habelə bankdaxili struktur bölmələrlə effektiv əməkdaşlıq və koordinasiya bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini isə işgüzar səviyyədə bilmək üstünlük hesab olunur.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.