Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis
Zəfər bağları Müddət: 2026-10-01 - 2026-11-01
Baxış sayı: 50 Vakansiya № 1015830
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri:

  • Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək; 
  • Aylıq, rüblük və illik büdcə icrasını təhlil etmək və müvafiq hesabatlar hazırlamaq; 
  • Faktiki göstəriciləri büdcə və proqnoz göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları təhlil etmək; 
  • Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasınında iştirak; 
  • Rəhbərlik üçün analitik hesabat və təqdimatlar hazırlamaq; 
  • Büdcə planlaması üzrə struktur bölmələri ilə koordinasiyalı işləmək; 
  • Mühasibat əməliyyatlarının tranzaksiyaların düzgünlüyünü yoxlamaq və ay bağlanışı prosesində iştirak; 

Namizədə dair tələblər: 

  • ACCA sertifikatlarının (minimum F3, F7) olması; 
  • ERP (1C bilikləri arzuolunandır) və MS Office proqramları üzrə yüksək bilik və bacarıqlar; 
  • Analitik düşünmə, rəqəmlərlə işləmə və hesabat hazırlama bacarığı; 
  • Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət.

Xüsusi tələblər: 

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil; 
  • İş təcrübəsi: Maliyyə sahəsi üzrə minimum 3-5 il 
  • Rus və ingilis dili biliyi üstünlükdür.

İş şərtləri: 

  • İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə) 
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş yeri: Ağdam rayonu 
  • Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 

 CV-lərinizi hr@zafarbaglari.az  elektron poçt ünvanına “Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis” başlığı ilə göndərə bilərsiniz.

Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.