Çağrı mərkəzi şöbəsi - Operator
Azera Holding
Müddət: 2026-09-30 - 2026-10-30
Baxış sayı: 47
Vakansiya № 1015826
Şəhər:
Bakı
“Azera Holdinq” Çağrı mərkəzi şöbəsinə Operator vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
- Daxil olan zənglərin vaxtında və nəzakətli şəkildə cavablandırılması
- Müştərilərə xidmətlər, ünvanlar, iş saatları və digər zəruri məlumatlar barədə düzgün məlumat verilməsi
- Müştəri müraciətlərinin, sual və şikayətlərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi
- Zəng zamanı əldə olunan məlumatların CRM və ya müvafiq sistemdə düzgün qeydiyyata alınması
- Buraxılmış zənglər üzrə geri dönüşlərin həyata keçirilməsi
- Müştəri ilə ünsiyyət zamanı etik davranış və xidmət standartlarına riayət edilməsi
- Daxili şöbələr və biznes vahidləri ilə koordinasiyanın təmin edilməsi
- Müraciətlərin statusunun izlənilməsi və zərurət yarandıqda məsul şəxslərə məlumat verilməsi
Tələblər:
- Təhsil: Orta və ya ali
- Əlavə təlim/sertifikasiyası:
- İş təcrübəsi (il, sahə): 1 ildən yuxarı
- Dil bilikləri: Yüksək səviyyədə yazılı və şifahi Azərbaycan/Rus dili
- Kompüter proqramlarının biliyi: MS Office proqramları üzrə ilkin biliklər, CRM və çağrı mərkəzi proqramları ilə işləmək bacarığı üstünlükdür.
- Səlis və düzgün ünsiyyət qurma bacarığı
- Müştəriyönümlü yanaşma
- Diqqətli və məsuliyyətli olmaq
- Çevik qərarvermə bacarığı
- Stressə davamlılıq
- Komandada işləmə bacarığı
- Məlumatları düzgün və vaxtında qeyd etmək bacarığı
- Cinsi/yaşı: Cinsi fərq etmir / 20–35 yaş
- Vəzifənin icrası üçün sağlamlıq vəziyyəti iş rejiminə uyğun olmalıdır
- Növbəli və dinamik iş mühitində çalışmaq imkanına malik olmalıdır
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət etməyə hazır olmalıdır
- Xidmət sahəsində qəbul edilmiş etik davranış normalarına uyğun davranmalıdır
- Verilən təlimat və prosedurları mənimsəmək və gündəlik iş prosesində tətbiq etmək bacarığı olmalıdır
- İş zamanı konfidensial məlumatların qorunmasına məsuliyyətlə yanaşmalıdır
- Davamlı öyrənməyə və xidmət keyfiyyətinin artırılması üzrə təlimlərdə iştirak etməyə açıq olmalıdır
- İş prosesində rəhbərlik və aidiyyəti struktur bölmələri ilə düzgün işgüzar münasibət qurmağı bacarmalıdır
Biz təklif edirik
- Əmək haqqı: 650 AZN (Net)
- İş yeri: Ələsgər Qayıbov 1222
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Operator” qeyd etməklə, hr@azeraholding.az elektron poçt ünvanına göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Mühasib-Xəzinədar | Azera Holding | 2026-09-09 - 2026-10-09 |