Daxili kommunikasiya üzrə mütəxəssis
Unibank Kommersiya Bankı Müddət: 2023-12-10 - 2023-12-25
Baxış sayı: 841 Vakansiya № 1011496
Şəhər:

Bakı


Daxili kommunikasiya üzrə mütəxəssis

İşin təsviri:

  • Təşkilati İnkişaf üzrə menecerlə birlikdə Biznes strategiyasına uyğun olaraq Tİ strategiyasının dizaynının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Təlim büdcəsi və təlim proqramlarının hazırlanmasında fəal iştirak etmək;
  • Bankın əməkdaşları iştirak edən bütün təlimlərin və seminarların təşkili və koordinasiyası;
  • Keçirilən təlimlər üzrə təlim şirkətləri ilə müqavilələrin bağlanılması və ödənişlərin həyata keçirilməsi;
  • Daxili və xarici təlim mənbələrini izləmək, Təlim və İnkişaf prosesləri ilə bağlı təkliflər təqdim etmək;
  • Bankın yüksək potensial (HİPO) və davamçılıq siyasəti üzrə prosesin qurulması, ehtiyac olduqda dəyişikliklərin edilməsi və icrasının təmin edilməsi;
  • Kadr hazırlığı və inkişafının ümumi səviyyəsini yaxşılaşdırmaq üçün müvafiq təkliflər vermək;
  • Bankın davamçıların (successors) təlim və inkişaf proqramlarının hazırlanması və icrasının təmin edilməsi
  • İstər distant, istərsə də canlı olaraq müxtəlif korporativ tədbirlər təşkil etmək;
  • İşçilərin qeyri-maddi motivasiyası üçün təşəbbüslər təqdim etmək və müvafiq tədbirlər görmək;
  • Bankın bütün daxili kommunikasiyasını (elanlar, xəbərlər, sorğular və s.) həyata keçirmək;
  • Əməkdaşların adaptasiya prosesində iştirak etmək;
  • Bütün sənədlərdə, elektron məlumat bazalarında müvafiq qeydləri və hesabatları aparmaq;
  • Təşkilati İnkişaf meneceri tərəfindən digər tapşırıqları yerinə yetirmək;
  • Əməkdaşların motivasiyasının artırılması üçün yeni təkliflərin verilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Mükəmməl kompüter bacarıqları (MS Excel, MS Power Point, Internet);
  • Təşkilati və İnkişaf sahəsində ən azı 1 illik təcrübə;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilmək (ingilis dili biliyi üstünlükdür);
  • Elan mətnlərin yazma qabiliyyəti və SMM bacarıqları;
  • Böyük korporativ tədbirlərin təşkili bacarıqları və bu cür tədbirlərin təşkilində təcrübənin olması;
  • Təqdimat hazırlma proqramlar ilə iş bacarığı;
  • Özünü motivasiya etmək bacarığı, həvəs və nəticə yönümlülüyü
  • Güclü ünsiyyət, yüksək kommunikasiya qurma və təqdimat bacarıqları;
  • Yüksək təşkilati bacarıqlar.

Müraciət üçün link: https://qlor.me/logxdoyil


Bu kateqoriyada digər vakansiyalar