Daxili nəzarət departamenti, Məhkəmə və icra işlərinə nəzarət şöbəsi, Hüquqşünas
Expressbank
Müddət: 2025-09-08 - 2025-10-08
Baxış sayı: 771
Vakansiya № 1014569
Şəhər:
Bakı
İşin təsviri:
- Ümumi yurisdiksiya məhkəmələrinə, Bankın adından pretenziya və iddialar, pretenziyalara cavablar və iddialara etirazlar hazırlamaq;
- Kommersiya, inzibati və ümumi yurisdiksiya məhkəmələrində Bankın maraqlarının qorunması məqsədi ilə nümayəndəliyi təmin etmək;
- Pretenziyaların, iddiaların, pretenziyalara cavabların, iddialara etirazların, pretenziya və iddialarla bağlı sənədlərin uçotunu təşkil etmək;
- İddia tələbi ilə bağlı sənədləri, apellyasiya şikayətlərinin layihəsini hazırlamaq, bütün məhkəmə instansiyalarında Bankı təmsil etmək;
- İcra məmurları tərəfindən məhkəmə aktlarının icrası üzrə tədbirlərin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinə nəzarət etmək;
- Məhkəmə aktları könüllü icra edilmədikdə, girovsuz kreditlər üzrə borcalanların, onların zaminlərinin və əmlaklarının axtarışı istiqamətində icra məmurları tərəfindən tədbirlərin görülməsini təmin etmək;
- Tələbin borclu şəxslərin aşkar edilmiş əmlaklarına və gəlirlərinə yönəldilməsi məqsədilə zəruri sənədləri hazırlamaq və icra məmuruna təqdim edilməsini təmin etmək.
Tələblər:
- Ali hüquqi təhsil;
- Hüquq sahəsində iş təcrübəsi (icra işləri üzrə);
- Microsoft Word və Excel proqramlarında işləmək bacarığı.
Müraciət et
Bu kateqoriyada təlim və seminarlar
| Təlim və seminar | Şirkət | Müddət |
|---|---|---|
| Bankın komplayens işçisi | İnternational Consulting Company | 2026-07-08 - 2026-09-10 |