Əczaçı
Zeytun Pharmaceuticals
Müddət: 2026-06-09 - 2026-07-09
Baxış sayı: 38
Vakansiya № 1015503
Şəhər:
Bakı
PHARMASTORE-da Karyera Fürsəti: Peşəkar Əczaçıları Komandamıza Dəvət Edirik!
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı: 750-1000 Azn (bonus sistemi mövcuddur);
- Paşa Sığorta ilə təminat;
- Ödənişsiz təlimlər və inkişaf imkanı;
- Karyera yüksəlişi perspektivi;
- İş qrafiki: 6 günlük iş həftəsi, 2 növbəli iş rejimi (08:00–15:00 / 15:00–22:00);
- Evinizə ən yaxın iş yeri ilə təmin olunma imkanı.
İş yerləri:
- Metro apteklər: Azadlıq prospekti, Gənclik, Nəriman Nərimanov, 28 May, Sahil, Elmlər Akademiyası, 20 Yanvar, Qara Qarayev, Neftçilər, Əhmədli.
- Pharma Store apteklər: Abşeron, Xırdalan, Binəqədi, Nəsimi, Nərimanov, Yasamal, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı, Qaradağ, Şamaxı, İmişli, Şirvan, Salyan, Neftçala, Masallı, Lerik, Lənkəran, Astara, Beyləqan, Tərtər, Bərdə, Mingəçevir, Tovuz, Qazax, Şəki, Zaqatala, Xudat.
Vəzifə funksiyaları:
- Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi;
- Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
- Dərmanların saxlanma şəraitinə, son istifadə tarixlərinə və qalıq sayına dəqiqliklə nəzarət edilməsi;
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi və s.
Tələblər:
- Əczaçılıq üzrə ali və ya orta ixtisas təhsil
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Müştərilərə doğru məsləhət vermək və satış prosesini peşəkarcasına idarə etmək.
Əlaqə vasitəsi: (050) 253 01 52 (Whatsapp)
Müraciət etmək istəyən namizədlərin CV-lərini mövzu (subject) hissəsində “Əczaçı” qeyd edərək hrdepartment@zeytunpharma.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Əczaçı | AVİS Tibbi Marketlər Şəbəkəsi | 2026-05-19 - 2026-06-19 |
Bu şirkətin digər vakansiyaları





