
Bakı
İşin təsviri:
ƏMAS, 1C və İSB portallarında əməliyyatların icra edilməsi;
Əmək qanunvericiliyinə uyğun sənədləşmə və kadr uçotu işinin aparılması;
İşçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, vəzifədə irəli çəkilməsi və digər kadr proseslərinin rəsmiləşdirilməsi;
İşçi qovluqlarının hazırlanması, arxivləşdirilməsi və elektron əmək müqavilələrinin təsdiqlənməsinə nəzarət edilməsi;
Məzuniyyətlərin uçotunun aparılması və cədvələ uyğun istifadəsinə nəzarət edilməsi;
Ezamiyyə əmrlərinin hazırlanması və icrasının izlənilməsi;
Təsdiqlənmiş vəzifə təlimatlarının işçilərə təqdim edilməsi və tanışlıqlarının təmin olunması;
İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin izlənməsi və mühasibatlığa təqdim edilməsi;
Xəstəlik vərəqələrinin qeydiyyatı, yoxlanılması və uçotunun aparılması;
İnsan resursları üzrə lazımi məktubların hazırlanması və qeydiyyatının aparılması;
Rəhbərliyin tapşırığı əsasında insan resursları ilə bağlı hesabatların hazırlanması və digər müvafiq vəzifələrin yerinə yetirilməsi.
Tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Əmək qanunvericiliyi üzrə nəzəri və praktiki biliklər.
İş qrafiki:
Həftə içi 5 gün, iş saatı: 08:00-17:00
Sizə təklif edilir:
Müasir, dinamik və səmərəli iş mühiti.
Karyera və fərdi inkişaf imkanları.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini cv@omid.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "İnsan resursları - əməliyyat üzrə mütəxəssis" qeyd olunmalıdır.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərin müraciətlərinə baxılacaqdır.