Hüquqşünas
Code Academy
Müddət: 2025-03-27 - 2025-04-27

Baxış sayı: 203
Vakansiya № 1013526
Şəhər:
Bakı
İşin təsviri:
- Hüquqi sənədlərin hazırlanması, yoxlanılması və təsdiqlənməsi;
- Daxili struktur bölmələrindən daxil olan hüquqi sorğuların cavablandırılması;
- Müqavilələrin hüquqi ekspertizası və tərəfdaşlarla hüquqi danışıqların aparılması;
- Şirkətin fəaliyyətinə aid normativ-hüquqi bazanı izləmək və qanunvericilik dəyişiklikləri barədə rəhbərliyi məlumatlandırmaq;
- Hüquqi məsələlər üzrə araşdırmalar aparmaq və mübahisəli hallara dair hüquqi rəylər hazırlamaq;
- Məhkəmə, dövlət qurumları və digər təşkilatlarda şirkətin hüquqi maraqlarını təmsil etmək;
- Hüquqi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Təhsil və Təcrübə:
- Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi;
- Hüquq sahəsində minimum 3 il iş təcrübəsi (konsaltinq şirkətlərində işləmək üstünlükdür).
Bacarıq və Səriştələr:
- Azərbaycan qanunvericiliyi (Mülki, inzibati, əmək, kommersiya və digər hüquq sahələri üzrə) dərin biliklərə malik olmaq və təfsir edə bilmək;
- Hüquqi problemləri müəyyən etmək, onların həlli yollarını təklif etmək və həyata keçirmək bacarığı;
- Hüquqi tədqiqatlar aparmaq, qanunvericilik aktlarını analiz etmək və şirkətin maraqlarına uyğun tətbiq etmək bacarığı;
- Hüquqi sənədlərin tərtibatında və hüquqi rəy verilməsində dəqiq və strukturlaşdırılmış yanaşma;
- Mükəmməl analitik düşüncə və güclü ünsiyyət bacarıqları;
- Qərarvermə və detallara diqqət etmək bacarığı.
Texniki Biliklər:
- Yüksək səviyyədə Azərbaycan dili, orta səviyyədə İngilis dili biliyi;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
İş qrafiki:
- 5 iş günü, 9:00 - 18:00
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Müraciət üçün link: Code Academy - Hüquqşünas
Bu kateqoriyada digər vakansiyalar