Hüquqşünas
ASİS Hüquq Şirkəti Müddət: 2025-09-15 - 2025-10-15
Baxış sayı: 546 Vakansiya № 1014614
Şəhər:

Bakı


İşin təsviri:

  • Daxil olmuş sorğuların və müraciətlərin cavablandırılması, peşəkar hüquqi məsləhətlərin verilməsi;
  • Müqavilələrin hazırlanması və müqavilə-tərtibat işinin təşkili;
  • Hüquqi sənədlərlə işləmək, sənədlərin hazırlanmasında iştirak etmək, sistemləşdirmək və arxivləşdirmək;
  • Dövlət orqanlarına göndərilən məktub və müraciətlərin hazırlanması və vaxtında göndərilməsinin təmin edilməsi;
  • Müştərilərə hüquqi xidmətlərin göstərilməsində iştirak;
  • Mübahisəli məsələlərin məhkəməyə qədər həllində iştirak;
  • Məhkəmə işləri üzrə sənədlərin hazırlanması (ərizə, vəsatət, şikayət, iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərinin layihələrinin tərtibində iştirak);
  • Şirkət rəhbərliyi tərəfindən verilən gündəlik tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.

Tələblər:

  • Ali hüquqi təhsil;
  • Hüquqşünas vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi (Logistika, İstehsalat və Xidmət sahələrində təcrübə arzuolunandır);
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Word proqramında dəqiq və sürətli yazmaq bacarığı);
  • Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, skaner və s.);
  • Təşkilatçılıq, analitik düşüncə və sənədlərlə işləmə bacarığı;
  • Vətəndaşlarla ünsiyyət və müştəri yönümlü yanaşma;
  • Komandada işləmə və stres altında effektiv fəaliyyət göstərmə bacarığı;
  • Ezamiyyətlərə hazır olmaq.

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst
  • Rus dili – arzuolunandır
  • İngilis dili – arzuolunandır

Namizədin bilməli olduğu normativ baza:

  • Əmək Məcəlləsi
  • Mülki Məcəllə
  • Vergi Məcəlləsi
  • İnzibati Xətalar Məcəlləsi
  • Qida Təhlükəsizliyi Qaydaları
  • Kargüzarlığın aparılması qaydaları
  • Satınalmalar haqqında Qanun
  • Beynəlxalq Incoterms şərtləri

İş şəraiti

  • Əmək haqqı: 1500 – 2000 AZN
  • İş yeri: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi 8
  • İş qrafiki: Bazar ertəsi – Cümə, saat 10:00 – 19:00 (Nahar fasiləsi: 14:00 – 15:00)

Müraciət üçün:

  • CV-lərinizi hr@asisconsulting.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
  • E-mailin mövzu hissəsində "Hüquqşünas" qeyd edilməsi mütləqdir.