İngilis dili üzrə Tədris Metodisti
Barattson
Müddət: 2026-08-25 - 2026-09-25
Baxış sayı: 22
Vakansiya № 1015719
Şəhər:
Bakı
Əsas vəzifə öhdəlikləri:
- Tədris prosesinin keyfiyyətinə nəzarət etmək, tədris proqramlarının, dərs planlarının və metodologiyaların müasir tələblərə uyğunluğunu və davamlı inkişafını təmin etmək;
- Müəllimlərin dərslərinin monitorinqi üçün meyarlar hazırlamaq, təsdiq edilmiş meyarlar əsasında monitorinq aparmaq, nəticələri təhlil etmək və müəllimlərə inkişaf yönümlü rəy və tövsiyələr təqdim etmək;
- Ümumi İngilis dili və IELTS proqramlarının, eləcə də səviyyə müəyyən etmə və imtahan materiallarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Tələbələrin akademik göstəricilərini və imtahan nəticələrini təhlil etmək, müəyyən edilmiş problemlərin aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Müəllimlərin peşəkar inkişafını dəstəkləmək, yeni metodologiyalar üzrə təlimlər təşkil etmək, yeni müəllimlərin təlimləndirilməsi və adaptasiya prosesinə nəzarət etmək;
- Müəllimlərin karyera inkişafı və qiymətləndirilməsi sisteminin, o cümlədən titulların verilməsi meyar və prosedurlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
- Tələbə və müəllim məmnuniyyətinin artırılmasına yönəlmiş layihə və təşəbbüslərin həyata keçirilməsində iştirak etmək;
- Müəllim seçimi üzrə müsahibə və demo dərslərdə iştirak etmək, müəllimlərin marketinq bölməsi ilə koordinasiyasını təmin etmək və metodik rəy təqdim etmək.
Əsas tələblər:
- İngilis dili müəllimliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- İngilis dilinin tədrisi üzrə minimum 5 il iş təcrübəsi, metodist/Academic Coordinator təcrübəsi üstünlükdür;
- IELTS üzrə minimum 7.5 nəticə;
- Tədris proqramlarının hazırlanması, təkmilləşdirilməsi və icrasına nəzarət üzrə təcrübə;
- Dərs monitorinqi, müəllimlərin qiymətləndirilməsi və metodik rəyin hazırlanması üzrə praktiki təcrübə;
- Güclü analitik, kommunikasiya və təşkilatçılıq bacarıqları;
- Müasir tədris metodları və rəqəmsal tədris alətləri üzrə məlumatlılıq;
- TKT, TESOL/TEFL, CELTA və ya DELTA sertifikatları üstünlükdür.
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında tərəflər arasında razılaşdırılır.
İş qrafiki: Həftəiçi 5 gün (10:00-19:00).
Qeyd: Əməliyyat rəhbərinə hesabat verir.
Namizədlərdən CV formalarını vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “İngilis dili üzrə Tədris Metodisti” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Conversation teacher | Barattson | 2026-08-25 - 2026-09-25 |