İnşaat mühəndisi
Matanat A
Müddət: 2024-12-07 - 2025-01-07
Baxış sayı: 121
Vakansiya № 1012526
Şəhər:
Bakı
İşin təsviri:
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsinin təmin edilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
- Tikinti proqramlarının və təqvim qrafikinin tərtib edilməsi;
- Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
- Mövcud layihə əsasında iş həcmlərinə və material sərfiyyatının hesablanmasını aparmaq.
Tələblər:
- Təhsil: Müvafiq sahədə ali;
- İş təcrübəsi: 5 il iş təcrübəsi;
- Yaş həddi: 35-45 yaş;
- Kompüter bilikləri: AutoCad, Autodesk Inventor (və ya Solidworks).
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
- İş yeri: Layihədən asılı olaraq dəyişir;
- Korporativ nömrə verilir.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına CV-ni göndərməyinizi xahiş edirik.